Pages

вторник, 31 мая 2016 г.

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Uşaqların Beynəlxalq Müdafiəsi Günü (ing. International Children's Day) - 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb [1]. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
Bu bayramla yanaşı BMT -nin Baş Assambleyası tərəfindən 20 noyabr tarixində Ümumdünya Uşaqlar Günü də qeyd olunur. "Ümumdünya Uşaqlar Günü" 1954-cü ildə BMT -nin Baş Assambleyasının №836 (IX) saylı qətnaməsində 1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyyə olunan bayram kimi qeyd olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-cil tarixli sərəncam imzalamışdır. Sərəncama görə 2009-cu il "Uşaq ili" elan olunmuşdur.

понедельник, 30 мая 2016 г.

QlobalLab layihəsi

QlobalLab - bu çox maraqlı layihədir



 Mən bu gün qoşuldum. Hələ ki, ödənişsiz. Sonrasına baxarıq. Ən maraqlısı isə odur ki, uşaqlar da qoşula bilər və layihənin nəşri haqqında şəhadətnamə, iştirakçı sertifikatı və ən nəhayət MÜKAFAT !



Mənim layihəm

İrəli sürdüyüm tədqiqat sualı: " Təlim məqsədinə çatmaq üçün oyun-trnajorlardan necə istifadə edirsiniz?"