Pages

воскресенье, 29 января 2017 г.

Finlandiya təhsilinin möcüzəsi və ya həyati bacarıqlara əsaslanan təhsil



Finlandiyada təhsil haqqında reportaj









İndicə Rusiyanın NTV kanalında maraqlı bir reportaja baxdım. Yeri gəlmişkən verilişi  həmyerlimiz olan jurnalist İradə Zeynalova aparırdı. Mövzu Rusiyada təhsillə bağlı olsa da, çox aktual idi. Rusiyanın Təhsil naziri  akademik biliklərin verilməsindən daha çox həyati bacarıqlara üstünlüyün verilməsi tendensiyasının zəruriliyini vurğuladı. Əlbəttə ki, rusların dünyaya verdiyi töhfə olaraq Vıqotski və Suxomlinkinin nəzəriyyələri üzərində qurulmuş təlimi də inkar etmədi. Sonda isə  Finlandiyanın təhsil sistemini ən yaxşı təhsil sistemi kimi nümunə gətirdi. Bu, doğrudan da belədir! Finlər təhsildə nəinki inqilab, əsl möcüzə yaradıblar. 60-cı illərdən başlayaraq dünyanın qabaqcıl  təhsil sistemlərinə əks olaraq şagirdlərin biliklərinin qiymətləndirilməsi, o cümlədən imtahan və bal sisteminə öz fərqli yanaşmalarını tətbiq etməyə başladılar. Burada şagirdlər maraqlarına görə dərs keçirlər desəm yanılmaram. Orta məktəb müəllimlərinin il ərzində proqram, plan, gündəlik yazmaq və hesabat verməkdən azad olduğunu eşitdikdə isə sözün əsl mənasında finlərə paxıllığım tutdu. Müəllimlər bildirdilər ki, BİZ ŞAGİRDLƏRİ İMTAHAN YOX, HƏYATA HAZIRLAYIRIQ. Əslində bizim kurikulum sistemimiz də bunu deyir. Amma realda bu heç də belə deyil. Ona görə ki, birinci sinifdən başlayaraq biz müəllimlər şagirdlərimizi KSQ və BSQlərə hazırlayırıq. Finn mütəxəssisləri isə deyir ki, onlarda sinifdən-sinfə keçmək üçün imtahan olmur.( Yeri gəlmişkən Fransanın təhsil sistemındə də ibtidai siniflərdə imtahan və qiymətləndirmə yoxdur. Bu barədə ətraflı yazacağam.)  Əks təqdirdə müəllimlər şagirləri dərsdə yalnız imtahana hazırlaşdıracaqlar. Bizə isə vacibdir ki, böyüməkdə olan nəsil həyata hazır olsun. Budur finn təhsilinin əsası. Qeyd edim ki, onlar ev tapşırıqlarına da minimum vaxt sərf etməyi tövsiyə edirlər.Maraqlıdır, bəs necə olur ki, Finlandiyanın Təhsili artıq neçə illərdir ki, birinci yerdədir? Düşünməyə dəyər demək istədim, amma burada artıq düşünmək yox, hərəkət etmək lazımdır. 

"Təhsil və tərəqqi" verilişi 102Nli məktəbin fəaliyyəti haqqında


"Təhsil və tərəqqi" Mədəniyyət EN











Binəqədi rayonu M.X.Axundzadə adına 102 nömrəli tam orta məktəb öz adət-ənənənəsi və yüksək təlim-tərbiyə işləri nəticəsində illərdir ki, qabaqcıl tədris müəssisəsi kimi fərqlənir. Məktəbimiz bu gün də müasir tələblərə cavab verən sinif otaqları ilə təchiz olunmuşdur. Müəllimlərimiz isə İKT-dən istifadə edərək maraqlı dərslər qurur...