Pages

среда, 29 ноября 2017 г.

"İBTİDAİ TƏHSİL" bloqu nominantlar sırasındadır. İştirakçılara uğurlar!

musabiqe.edu.az

"ELEKTRON TƏHSİL" RESPUBLİKA MÜSABİQƏSİNİN BİRİNCİ MƏRHƏLƏSİ BAŞA ÇATIB


PRESS RELİZ
23.10.2017 Bakı şəhəri
"Elektron təhsil" Respublika müsabiqəsinin birinci mərhələsi başa çatıb
Təhsildə informasiya texnologiyalarının tətbiqinə həsr olunmuş “Elektron təhsil” Respublika müsabiqəsinin birinci mərhələsi başa çatıb. Bu mərhələ üzrə 703 layihə təqdim olunub. Onlardan 59-u müsabiqənin şərtlərinə uyğun olmayıb və yekun olaraq 644 layihə qəbul edilib. Layihələrin 362-i müəllimlər, 268-i şagirdlər, 14-ü isə tələbələr tərəfindən göndərilib.
Layihələr ümumi mərhələdə müəyyən olunmuş meyarlar üzrə qiymətləndirilmək üçün müsabiqənin Ekspert Komissiyasına təqdim edilib. İkinci mərhələnin nəticəsi və nominantların adları cari ilin noyabr ayında elan ediləcəkdir.
“Elektron təhsil” Respublika müsabiqəsi “Müəllim”, “Şagird” və “Tələbə” istiqamətləri üzrə 6 nominasiyada təşkil olunub.
Müsabiqənin əsas məqsədi tədris prosesində informasiya texnologiyalarına əsaslanan yenilikçi tədris üsullarını təşviq etməkdir. Müsabiqə müəllim, şagird və tələbələr tərəfindən yaradılmış elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmağa, tədris prosesində İKT-dən və elektron resurslardan fəal istifadə imkanlarını genişləndirməyə şərait yaradır.
Müsabiqə “AzEduNet”, “Ultra”, “Edumedia Azərbaycan”, “Nar” mobil operatoru və "Təhsildə İnnovativ Texnologiylar" əlavə təhsil mərkəzi tərəfindən dəstəklənir.
Müsabiqə qaliblərinə noutbuk, planşet, printer və digər xüsusi mükafatlar təqdim olunacaqdır.
Açar sözlər: elektron təhsil, müəllim, müsabiqə, şagird, ümumi təhsil  

"ELEKTRON TƏHSİL" RESPUBLİKA MÜSABİQƏSİNİN NOMİNANTLARI MÜƏYYƏNLƏŞDİRİLİB

PRESS RELİZ

17.11.2017 Bakı şəhəri

“Elektron Təhsil” Respublika müsabiqəsinin nominantları müəyyənləşdirilib.
“Elektron Təhsil” Respublika müsabiqəsinin müəllim, şagird və tələbə istiqamətləri üzrə 6 nominasiyada qəbul edilmiş 644 layihə ekspertlər tərəfindən baxılmışdır. Ekspertlərin qiymətləndirmə nəticələrinə görə 644 layihədən 197-si nominant olaraq seçilmiş və növbəti mərhələyə buraxılmışdır. Növbəti mərhələdə işlər münsiflər heyəti tərəfindən onlayn qiymətləndiriləcəkdir.
Müsabiqənin əsas məqsədi tədris prosesində informasiya texnologiyalarına əsaslanan yenilikçi tədris üsullarını təşviq etməkdir. Müsabiqə müəllim, şagird və tələbələr tərəfindən yaradılmış elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmağa, tədris prosesində İKT-dən və elektron resurslardan fəal istifadə imkanlarını genişləndirməyə şərait yaradır.
Müsabiqə “AzEduNet”, “Ultra”, “Edumedia Azərbaycan”, “Nar” mobil operatoru və "Təhsildə İnnovativ Texnologiylar" əlavə təhsil mərkəzi tərəfindən dəstəklənir.

пятница, 17 ноября 2017 г.

"Kiçik akademiya"nın təqdimatı

16 noyabrda 102 nömrəli məktəbin "Kiçik akademiya"sının fəaliyyəti və himninin təqdimatı oldu. Himnin sözləri və musiqisi D. Şeyxzadənindir. Himni 6a və 2a sinif şagirdləri ifa etdi. Solo hissəni 6a sinfindən Elnar Qasımov oxudu. Bundan sonra akademiyanın fəal üzvləri maraqlı təqdimatlarla çıxış etdilər.




четверг, 16 ноября 2017 г.

"MƏRKƏZİ VƏ ƏYALƏT MƏKTƏBLƏRİNİN ƏMƏKDAŞLIĞINDAN – İNKİŞAF VƏ TƏCRÜBƏYƏ DOĞRU”


"MƏRKƏZİ VƏ ƏYALƏT MƏKTƏBLƏRİNİN ƏMƏKDAŞLIĞINDAN – İNKİŞAF VƏ TƏCRÜBƏYƏ DOĞRU”

16.11.2017-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin "“Təhsildə inkişaf və innovasiyalar" üzrə 1-ci qrant müsabiqəsi ilə əlaqədar "Mərkəzi və əyalət məktəblərinin əməkdaşlığından – inkişaf və təcrübəyə doğru” layihəsi çərcivəsində "Təhsilin inkişafında məktəblərarası əməkdaşlığın rolu"  mövzusunda təlim və dəyirmi masa keçirilib.