Pages

среда, 18 апреля 2018 г.

Oyunlarımız

" Oyunlar" mövzusunu tədris edərkən şagirdlərimə tapşırmışdım ki, sevdikləri, bildikləri oyunlar haqqında təqdimat hazırlasınlar.
 Uşaqlar əsasən qədim oyunlara üstünlük vermişdilər. Bir neçə oyunu təqdim edib dərsdəcə sinif yoldaşlarına öyrətdilər. Bu, uşaqların böyük marağına səbəb oldu. Həmin gün onlar öyrəndikləri oyunları fiziki tərbiyə dərsində tətbiq etdilər.
" Bənövşə", Siçan- pişik" oyunları uşaqların sevimli oyunları oldu.

пятница, 13 апреля 2018 г.

Nitq etiketləri

Bu gün dərsimizin mövzusu "Nitq etiketləri" idi. 2A sinif şagirdləri əvvəlcədən tədqiqat apararaq  nitq etiketləri işlənən müxtəlif situasiyalar hazırlamışdılar. Bu situasiyaları kiçik səhnəciklərlə təqdim etdilər.
  Fəal təlimdə "  Rollu oyunlar" kimi tanidiğimiz bu üsul şagirdlərdə nitq inkişafından əlavə jest və mimikalardan istifadə, həmçinin  empatiya kimi lazımi həyati  bacarıqları inkişaf etdirir. 
 Uşaqlar kiçik qruplarda işləyərək maraqlı situasiyalar təqdim etdilər. Ən əsası isə onlar bu üsulla həm oynayır, həm də öyrənirdilər.