Pages

четверг, 28 января 2021 г.

Birinci yarımilliyin uğurları




 102 nömrəli məktəbin 1A sinif şagirdləri birinci yarımilliyi uğurla başa çatdırdılar. Rəsmi qiymətləndirmə olmasa da şagirdlərimin oxu və yazı bacarıqlarının hansı səviyyədə olduğunu yoxlamaq üçün onlara onlayn olaraq tapşırıqlar verdim. Uşaqların hər biri verilən vaxt ərzində tanış olmayan mətni oxudular, imla və üzündənköçürmə yazı yazdılar. Noyabr ayından distant təhsil keçən birincilərin nəticələri yaxşı oldu. Şagirdlərimi rəğbətləndirmək üçün onların hər birinə hazırladığım sertifikatları təqdim etdim. Daha çox uğur qazanmış uşaqlar isə əlavə olaraq diplomla da təltif olundular. Müəyyən səbəblərə görə təhsildə geri qalmış şagirdlərimə öz tövsiyələrimi çatdırdım. İnanıram ki, ikinci yarımillikdə əyani tədris bəhrəsini verəcək.

 































суббота, 16 января 2021 г.