Pages

пятница, 30 апреля 2021 г.

“Hər kitab bir xəzinədir”









 Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Hər kitab bir xəzinədir” adlı  sosial layihəyə start verilib. 









23 Aprel-Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş layihənin əsas məqsədi oxu vərdişlərini inkişaf etdirmək və kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdan ibarətdir. Sosial layihədə mütaliə həyəcanı yaşamaq, mütaliəni vərdişə çevirmək istəyən məktəbli, valideyn və pedaqoji işçilər iştirak edə bilərlər.


102 nömrəli məktəbin 1A sinif şagirdləri də həvəslə bu layihəyə qoşulmuşlar. Uğurlar, 1A!



Tariximizi öyrənirik


 102 nömrəli məktəbin 1A sinif şagirdləri mövzu üzrə təqdimat etmək bacarıqlarını nümayiş etdirirlər. Bu dəfə uşaqlar Vətənimizin tarixini öyrənirlər.