Pages

вторник, 27 сентября 2022 г.

27 Sentyabr Anım Günüdür

 102 nömrəli məktəbin 3A sinfi ilə 27 Sentyabr Anım Günü ilə əlaqədar sinifdə “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirdim. Sonra uşaqlar Binəqədi Rayon Mərkəzi Kitabxanasında qazilərlə görüşdə iştirak etdilər.

Şagirdlərimi vətənpərvərlik ruhunda böyütmək ən böyük vəzifəmdir.















вторник, 20 сентября 2022 г.

Sosial davranış, əxlaqi dəyərlərin təbliği




Tarix: 20.09.2022
Sinif: 3
Fənn: Azərbaycan dili
Altstandart: 2.2.5.Mətndəki fakt, hadisə və obrazlara münasibət bildirir.
2.2.6. Mətnin məzmununa yaradıcı yanaşmaqla onu təxəyyülünə uyğun dəyişdirir və ya genişləndirir.
Mövzu: Anaya məktub mətninin təhlili. Epizod
Məqsəd: Bədii mətndəki obrazlara, onların davranışına, müəllif mövqeyinə münasibət bildirir.
Mətni məzmununa və janrın tələbinə uyğun dəyişdirir, genişləndirir və ya tamamlayır.


  Bu gün  Fərd və toplum bölməsinin Dürüstlük fəsli üzrə  2-ci dərs olan  “ Anaya məktub” mətninin təhlili; Epizod  mövzusunda dərsimiz haqqında fikirlərimi paylaşacağam. 
Bir gün əvvəl şagirdlərim “Anaya məktub” mətni ilə tanış olmuş, əsas obraza münasibət bildirmiş və əsərin ideyasını da müəyyən etmişdilər. Bu gün isə əsas qəhrəmanın hərəkətlərini analiz edərək,onun üstün və zəif cəhətlərini müzakirə etdilər. Müzakirədə fəal iştirak edən şagirdlərimin maraqlı fikirlərini müşahidə etdim. 
Ümumiləşdirib nəticələri qeyd etdik. Dərslikdəki tapşırığa əsasən cütlərlə işləyib mətnin məzmununda epizodları dəyişdilər, artırdılar. 
 Prosesdə bütün şagirdlərimin fəallığı müşahidə olunurdu. Cütlər təqdimat etdikcə, qalan uşaqlar diqqətlə dinləyir, bəzən sual verirdilər. Ən maraqlı təqdimat edənlər diqqətimi cəlb etdi. Zəhra və Aylin mətnin məzmununda digərlərinə nisbətən fərqli dəyişikliklər edərək məqsədə nail olduqlarını nümayiş etdirdilər.
Proqnozlaşdırma  üsulu ilə şagirdlərimin yaradıcı təfəkkürünün inkişafı məqsədilə dərsin təlim nəticələrinə nail oldum.
P.S. Bölmə üzrə kompetensiyalar:  Sosial davranış, əxlaqi dəyərlərin təbliği 










 

четверг, 15 сентября 2022 г.

Qarabağ Azərbaycandır!








 15 sentyabr 2022-ci il yeni tədris ilində ilk dərs günümüz başladı. Əvvəlki təntənə, bayram əhvali-ruhiyyəsi olmasa da, yay tətilindən sonra yenidən məktəbə qayıtmaq üçün hamının darıxdığı hiss olunurdu.
 Rəsmi açılışdan sonra Vətən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdik. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.Himndən sonra siniflərə daxil olduq və ilk dərsimiz başladı. Şagirdlərimə şanlı ordumuzun zəfər tarixini əks etdirən videofilm nümayiş etdirdim. Uşaqlar 44 gün çəkən və qələbəmizlə bitən II Qarabağ müharibəsi haqqında məlumat aldılar. 30 il işğal altında qalmış və 2020-ci il sentyabrdan noyabra qədər Ali Baş Komandanın əmri ilə rəşadətli ordumuzun igid əsgərlərinın qəhrəmanlığı nəticəsində əsarətdən azad olan ərazilərin adlarını bir daha təkrar etdilər. Qarabağımızın  nadir bitkisi olan xarıbülbülün şəhidlərin rəmzi olduğunu öyrəndilər. Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin “ Qarabağ Azərbaycandır!” sözlərinin Qələbə simvolu kimi qəbul edildiyini və bunun mənasını anladılar. Filmi izlədikdən sonra şagirdlərimə Abbas Səhhətin “ Vətən” şeirini söylədim. Mövzu üzrə düşünüb müzakirə etmək üçün əvvəlcədən hazırladığım sualları səsləndirdim. Uşaqlar müzakirədə fəal iştirak etdilər. Hətta bu mövzuda şeir də bildiklərini nümayiş etdirdilər. Bir neçə şagirdim şifahi təqdimat edərək fikrini bildirdi. Yaradıcı iş olaraq “ Qarabağ Azərbaycandır!” mövzusunda esse yazmağı tapşırdım.

Şagirdlərimi vətənpərvərlik ruhunda tərbiyə etmək bir müəllim kimi vəzifəm, bir vətəndaş kimi mənəvi borcumdur.