Pages

воскресенье, 30 октября 2022 г.

İlk sınaq imtahanlarımız İZƏ nəşriyyatından hədiyyə edildi



 29-30 oktyabr tarixlərində 102 nömrəli məktəbin 3A sinif şagirdlərinin ilk sınaq imtahanları oldu. İmtahanın təşkilatçısı İZƏ nəşriyyatı idi. İmtahan Azərbaycan dili, Riyaziyyat, Məntiq, İngilis dili və Həyat bilgisi fənləri üzrə keçirildi. Suallar asan, orta və çətin səviyyələrində idi. Şagirdlərim həvəslə sınaqlarda iştirak edib uğur qazandılar. Buna görə İZƏ nəşriyyatının əməkdaşlarına öz təşəkkürümüzü bildiririk. Uğurlarınız davamlı olsun, əziz uşaqlar!























































четверг, 27 октября 2022 г.

Dünya xalqlarının salamlaşma adətləri

 Azərbaycan dili dərsində “Dünya xalqlarının salamlaşma adətləri” mövzusu üzrə cütlərin təqdimatı maraqlı oldu. 


Daha ətraflı burada


суббота, 22 октября 2022 г.

BİZ AZƏRBAYCANLIYIQ

 Azərbaycan dili dərsində yeni mövzumuz: “ Biz azərbaycanlıyıq”


Daha ətraflı burada

пятница, 21 октября 2022 г.

Üç və daha çox ədədin toplanması


St.1.3.2. 1000 dairəsində yazılı toplama və çıxmanı yerinə yetirir.

 Mövzu: “ Üç və daha çox ədədin toplanması”

Təlim məqsədləri: 

 Üçrəqəmli ədədləri yeni onluq və yüzlük yaranan hal üçün alt-alta və sətir üzrə yazmaqla toplayır (1.3.2)

Mövzuya yönəltmə. “Sən neçəsən?” oyunu. Müəllim şagirdlərə üzərində sadə üçtoplananlı ifadələr yazılmış kartlar paylayır. Oyunda kartların sayı qədər şagird iştirak edir. Kartların sayını çoxaltmaq da olar.

Oyunu kartın üzərində “180” ədədi yazılmış oyunçu başlayır. O deyir:

– Mən “180”-əm, “200 + 200 + 100” kimdir? Üzərində 500 yazılmış oyunçu cavab verir:

– “500” mənəm, “100 + 150 + 100” kimdir?

Daha ətraflı burada



среда, 19 октября 2022 г.

“Dünyamızı tanıyaq”

 Azərbaycan dilindən yeni bölməyə keçdik. “Dünyamızı tanıyaq” bölməsində  şagirdlərə müxtəlif xalqların mədəniyyətindən bəhs edən bədii və informativ mətnlər təqdim olunur. Mətnlərdə müxtəlif xalqların adət­-ənənələri, məşhur tarixi abidələr, maraqlı şəhərlər haqqında məlumatlar verilir. Əsas məqsəd şagirdlərin dünyagörüşünü artırmaq, bu mövzulardan istifadə etməklə dinləmə, danışma, yazı bacarıqlarını inkişaf etdirmək və söz ehtiyatlarını zəngin­ləşdirməkdir.

Dərsdən bir fraqment