Pages

среда, 30 ноября 2022 г.

Varlıqların müqayisəsi

Tarix: 30 noyabr 2022

 Məktəb:102

 Sinif:3A

 Fənn: Azərbaycan dili

 Standart:3.1.3. Mövzu ilə bağlı yazılı təqdimat hazırlayır

Mövzu: Varlıqların müqayisəsi

Təlim məqsədi:Verbal və vizual məlumatlardan ibarət təqdimat materialı hazırlayır

Videotəqdimat




пятница, 25 ноября 2022 г.

Yazıçı ilə görüş



 Uşaqların sevimli yazıçısı Mehriban Nağıyeva ilə görüşümüz çox maraqlı oldu. Təşkilatçı Binəqədi rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşlarına bu maarifləndirici tədbirə görə təşəkkür edirik.



























четверг, 24 ноября 2022 г.

Texologiya dərsindən nailiyyətlərimiz

 Texnologiya yəqin ki bütün şagirdlərin sevimli dərslərindən biridir. Burada yaradıcı təfəkkürün inkişafı üçün kifayət qədər imkan var. Xüsusən də plastilinlə işlər uşaqlara çox maraqlıdır. Motorikanın inkişafı baxımından isə, deyərdim ki, zəruridir. 

Texnologiyadan bugünkü dərsimizin mövzusu 8 ayaqlı ilbizin hazırlanmasıdır. Əvvəlcə evə verilmiş tapşırıqların nümayişini təşkil etdim. Riyaziyyat dərsi ilə inteqrasiya edərək abak hazırlamağı tapşırmışdım. Tapşırığa  məsuliyyətlə yanaşan şagirdlərin işlərini izlədik. Bundan sonra yeni mövzunu elan etdim. Dərslikdəki izahı oxuyub anladıqdan sonra işə həvəslə başladıq. Mövzu ilə əlaqədar cizgi filmini də nümayiş etdirdim. Dərsin yekununda hazır işlərin təqdimatı oldu. 


Videotəqdimat








пятница, 11 ноября 2022 г.

Texnologiya.Məişət mədəniyyəti

 Texnologiya fənni həmişə şagirdlərin ən sevimli dərsi olub. Məişət mədəniyyəti bölməsindəki dərsləri də sevə-sevə öyrəndik. Bölmənin ümumiləşdirici dərsini əyani olaraq keçirməyi qərara aldım. Bu daha maraqlı oldu. Uşaqların süfrəni bəzəməsi, uyğun davranış nümayiş etdirməsi bölmədəki mövzuları yaxşı mənimsəməsinin göstəricisi oldu








.



понедельник, 7 ноября 2022 г.

8 Noyabr Zəfər Gününüz mübarək


 8 Noyabr Zəfər Günü ilə əlaqədar olaraq 102 nömrəli məktəbin 3A sinif şagirdləri  Binəqədi Rayon Mks -də təşkil olunmuş tədbirdə fəal iştirak etmişlər. Tədbirə ikinci Qarabağ müharibəsinin iştirakçıları olan qazilər də dəvət almışdılar. Şagirdlərimizin vətənpərlik ruhunda böyüməsi üçün belə tədbirlərin keçirilməsi olduqca vacibdir.

Daha ətraflı burada