Pages

понедельник, 30 октября 2023 г.

Beşyaşlılar həvəslə çalışır

Məktəbə gəldikləri hələ bir ay olmasa da, beşyaşlılar böyük həvəslə çalışırlar. Hərfləri, səsləri və rəqəmləri öyrənirlər.
































 


вторник, 3 октября 2023 г.

Beşyaşlıların yeni hədiyyələri

 0”a” məktəbəhazırlıq qrupu bu gün məşğələyə gələndə onları yeni hədiyyələr gözləyirdi. Rəngli karandaşlar və böyük rəsm albomu, plastilin, akvarel boyaları fırçası ilə, rəngli kağızlar, qayçı, sadə karandaş, yapışqan. Bu hədiyyələri görən beşyaşlılar çox sevindilər. İndi onlar daha böyük həvəslə məktəbə gələcəklər. 











понедельник, 2 октября 2023 г.

Beşyaşlılarımın məktəbdə ilk günü

 02 oktyabr 2023-cü il. 102 nömrəli məktəbin 0”a” məktəbəhazırlıq qrupu məşğələlərə başladı. Uşaqlar məktəbin həyətində sıra ilə düzlənib məktəbə daxil oldular. Onlar çox həyəcanlı idilər. İlk dəfə məktəbə qədəm qoyan balacaların sevincinin həddi-hüdudu yox idi. Beşyaşlılarımı yeni təmirdən çıxmış səliqəli sinfimiz və maraqlı hədiyyələr gözləyirdi. İlk məşğələdə bir-birimizlə  tanış olduq. Uşaqlara məktəb haqqında, məktəbdə davranış qaydaları haqqında qısa məlumat verdim. Sonra isə onlara hədiyyələrimi payladım. Bu, məktəb kitabxanasının verdiyi yeni dərslik-iş dəftəri və uşaqların hər biri üçün aldığım bloknot və rəngli qələm idi. Uşaqları sevindirdiyim üçün çox xoşbəxt idim.

Dərslikləri və hədiyyələrimi payladıqdan sonra uşaqlarla  Vətənimizlə, bayrağımızla əlaqədar söhbət apardım, məlumat verdim. Bayraq şəklini rəngləməyi təklif etdim. Uşaqlar həvəslə işlədilər.