Məktəbəhazırlıq qrupunun şagirdlərinə dərsliyin sonuncu, 4-cü hissəsi verildi. Uşaqlar əlifbanın sonuncu hərfini keçib təkrara başladılar. Riyazi əməlləri, onların adını, komponentləri öyrənirlər. Nitq inkişafı üzrə məşğələlərdə daha çox fəallaşırlar. Hərflərin çap yazısını öyrənmək üçün çalışırlar. Müstəqil işləməyi öyrənirlər. Bir sözlə, birinci sinfə hazırlaşırlar.