Pages

суббота, 27 сентября 2014 г.

Kitab oxumağın şagirdlərin inkişafına təsiri

Ənvər ABBASOV,
Təhsil Problemləri İnstitutunun direktor müavini

Şifahi və yazılı ünsiyyət şəxsiyyətin mühüm atributlarından olan mədəniyyətlərdir. Bunlar özündə dinləyib- anlama, danışma, oxu, yazı mədəniyyətlərini ehtiva edir. Biz gələcəkdə cəmiyyəti irəliyə apara bilən övladlarımıza bu mədəniyyətləri aşılamalıyıq. Bu mədəniyyətin aşılanması yollarından və vasitələrindən biri də mütaliədir. Təbii ki, müasir insan üçün son dərəcə zəruri olan bu bacarıqların formalaşdırılmasının ağırlıq mərkəzi daha çox məktəbin, təhsil müəssisələrinin üzərinə düşür.

Təhsil islahatları dövründə bu məsələlərin müzakirəsi həmişə gündəmdə olub və yeni təhsil proqramlarının (kurikulumların) hazırlanmasında metodoloji əsas kimi nəzərə alınıb. İstər Nazirlər Kabinetinin təsdiq etdiyi milli səviyyəli səriştələrdə (kompetensiyalarda), istərsə də siniflər üzrə standartlarda şagirdlərin oxu və yazı bacarıqlarını inkişaf etdirməklə onu dəyərə (oxu mədəniyyətinə, yazı mədəniyyətinə) çevirmək başlıca hədəf kimi müəyyənləşdirilib. Azərbaycan dili fənni üzrə "Oxu" və "Yazı", ədəbiyyat fənni üzrə "Ədəbiyyat və həyat", "Şifahi nitq", "Yazılı nitq" məzmun xətləri üzrə qruplaşdırılmış standartların başlıca funksiyası, məhz oxu və yazı bacarıqlarının formalaşdırılmasına xidmət göstərməkdən ibarətdir. Əgər digər fənlərin təlimi prosesindəki oxu və yazı fəaliyyətləri və şagirdlərin özlərinin müstəqil mütaliəsi də buraya əlavə edilmiş olarsa, o zaman yalnız ümumi təhsildə oxu və yazı mədəniyyətlərinin formalaşması üçün xeyli əlavə imkanların yaradıldığı aydın görünər.

Standartların reallaşdırılması, oradakı tələblərin yerinə yetirilməsi səviyyəsi müəllimin özünün tədris fəaliyyətini planlaşdırmasından, fəaliyyət kurikulumunu hazırlamasından çox asılıdır. O, buna nail olmaq üçün kurikulum və dərslik komplektini nəzərdən keçirməli, şagirdlərini standartların tələbinə uyğun inkişaf etdirmək üçün planlaşdırma aparmalı, oxu və yazı üzrə, o cümlədən mütaliə üçün zəruri hesab etdiyi müxtəlif üslublarda olan ədəbiyyatları müəyyənləşdirməlidir.


"Azərbaycan müəllimi" qəzeti

среда, 24 сентября 2014 г.

Dilin tədrisində "dörd dirək" prinsipi

Dilin tədrisində "dörd dirək" prinsipi 
Orta məktəbdə Azərbaycan dili tədrisinin son məqsədi nədir?
Bir cümlə ilə bu suala belə cavab vermək olar: hər bir azərbaycanlı üçün onun doğma cəmiyyətində ünsiyyət rahatlığını təmin etmək. Başqa sözlə, cəmiyyətin hər bir üzvü çətinlik çəkmədən başqalarından məlumat qəbul etmək, öz hiss və düşüncələrini onlara çatdırmaq bacarığına malik olmalıdır. İnformasiya qəbul etmək və informasiya ötürmək prosesi yazılı və şifahi yolla baş verir. Biz dinləməklə və oxumaqla informasiya alırıq, danışmaqla və yazmaqla informasiya ötürürük. Beləliklə, ünsiyyət prosesində dörd nitq bacarığından istifadə edirik: dinləmə, danışma, oxu, yazı.
Milli Kurikulumun qaynaqlandığı Qərb yanaşmasında dilin tədrisi bu dörd dirək üzərində qurulub. Bu yanaşmaya görə, sözügedən dörd bacarıq sadəcə dil fənninə aid olan komponentlər deyil, metabacarıqlardır, yəni elmin və praktikanın bütün sahələrində istifadə olunan vasitələrdir. Təsadüfi deyil ki, ABŞ və Avropa universitetlərinin bir çoxu əcnəbiləri TOEFL və IELTS imtahanlarının nəticələri əsasında qəbul edir. Bu imtahanlar məhz nitq bacarıqlarının yoxlanması üzərində qurulur. Qəliz elmi-kütləvi mətni oxuyub qavradığını nümayiş etdirmək, səlis və maraqlı danışmaq, ədəbi dilin normalarına uyğun yazmaq, dinlədiyini təfərrüatı ilə anlamaq və öz fikrini bildirmək - bütün bunlar intellekt göstəriciləridir. Qərb pedaqoqları belə hesab edirlər ki, bu dörd bacarığa yüksək səviyyədə yiyələnmiş hər bir şəxs elmin istənilən sahəsində uğur qazana bilər.
Bizə elə gəlir ki, bu bacarıqlara malikik. Oxuya da bilirik, yaza da; danışmağımıza söz ola bilməz; dinləməyə də nə var ki. Məişət səviyyəsində, bəlkə də, belədir. Lakin kurikulumda bu bacarıqlarla bağlı daha yüksək tələblər qoyulur.  

“Oxu strategiyalarının təlimi üzrə mentorların hazırlanması”
07-11 oktyabr, 2014
iştirakçı seçimi üçün elan

Azərbaycan Respublikası Təhsil Nazirliyi “Oxu strategiyalarının təlimi üzrə mentorların hazırlanması” təliminə iştirakçı qəbulu elan edir.
Təlimin keçirilmə tarixi: 07-11 oktyabr, 2014

Məkan: Quba rayonu, ADİU-nun Tədris, idman və sağlamlıq mərkəzi
Təlimin məqsədi ibtidai təhsil səviyyəsində təhsil alan şagirdlərdə oxuyub-anlama bacarıqlarını inkişaf etdirmək məqsədilə sinif müəllimlərinin fəaliyyətini istiqamətləndirməyə yardım edə biləcək mentorların hazırlanmasıdır.İştirakçıların sayı: 30 nəfər

Təlim dili: Azərbaycan dili

İştirakçıya qoyulan tələblər:

- Ali pedaqoji təhsil;
- Pedaqoji iş təcrübəsi (ən az 2 il);
- Azərbaycan dilində sərbəst danışma, oxuyub anlama bacarığı;
- Ünsiyyətcil, təşəbbüskar;
- Məsuliyyətli;
- Əməkdaşlıq bacarığı;
- Fasilitasiya bacarığı.
Arzu olunandır:
- Hazırda müəllim olaraq çalışan;
- Respublikanın bölgələrinə getmə imkanı olan;
- Mütaliə vərdişi olan;
- Təlimçi kimi fəaliyyət göstərən.
Əlaqə
Müəyyən edilmiş tələblərə uyğun gələn namizədlər müvafiq ərizə formasına (Əlavə ) öz CV - lərini də əlavə edərək assessment@edu.gov.az elektron poçt ünvanına göndərməlidir.
Müraciət üçün son tarix: 29 sentyabr 2014-cü il

http://www.edu.gov.az/view.php?lang=az&menu=228&id=9159


воскресенье, 21 сентября 2014 г.

21 sentyabr - beynəlxalq sülh günüdür

21 sentyabr - beynəlxalq sülh günüdür







21 sentyabr Beynəlxalq Sülh günüdür. BMT bu günü 1981-ci ildə təsis edib. İlk sülh günü 1981-ci ilin sentyabrında qeyd olunub. O vaxtdan Beynəlxalq Sülh günü sentyabr ayının hər 3-cü çərşənbə axşamı qeyd edilirdi. Lakin 2001-ci ildə Birləşmiş Krallıq tərəfindən təklif olunan qətnamə ilə 2002-ci ildə BMT Sülh günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib və bu tarixi ümumdünya atəşkəs günü elan edib.

 

суббота, 20 сентября 2014 г.

E-təhsilin üstünlükləri





Elektron dərslərin əsas üstünlüklərindən biri mövzu üzrə müxtəlif mənbələrdən, o cümlədən İnternet resurslarından istifadə olunmasıdır ki, bu da həmin mövzunun daha əhatəli öyrənilməsini təmin edir. Bu mövzular hər bir fənn və sinif üçün tədris planı üzrə təşkil olunur. Dərslər bir çox hallarda fənlərarası mövzular üzrə təşkil olunur ki, bu da şagirdlərə hər hansı bir mövzuya müxtəlif kontekstlərdən yanaşma imkanını verir. Dərslərin strukturuna gəldikdə isə bir mövzu üzrə dərs bir-birinin davamı olan hissələrdən təşkil olunur ki, mövzunun həcmindən asılı olaraq bu hissələrin sayı da artır. Bu dərsləri xarakterizə edən daha bir xüsusiyyət onların 50% interaktiv olmasıdır. Şagirdə müəyyən bir mövzunu mənimsədikdən sonra həmin mövzunu möhkəmləndirmək üçün test, sual-cavab xarakterli müxtəlif vasitələr təqdim olunur.


Read more: http://xxi-esrin-muellimi.webnode.ru/news/t%c9%99hsil-sistemind%c9%99-elektron-t%c9%99dris-resurslar%c4%b1n%c4%b1n-t%c9%99tbiqi-geni%c5%9fl%c9%99ndiril%c9%99c%c9%99k/

Create your own website for free: http://www.webnode.com



Əsrin müqaviləsi, Neftçilər günü



1994-cü il sentyabrın 20-si müstəqil Azərbaycan dövlətinin inkişafında tarixi , mühüm bir gün oldu. Həmin gün xalqımızın ümummilli lideri Heydər  Əliyevin rəhbərliyi ilə hazırlanmış və bütün dünyada "Əsrin müqaviləsi" adı ilə tanınmış neft kontraktları imzalandı. Bu kontraktlar Azərbaycanın neft və yeni iqtisadiyyat tarixinin şanlı səhifəsini açdı. Azərbaycan ilk dəfə idi ki, 6 ölkəni təmsil edən dünyanın məşhur 10 xarici neft  şirkəti ilə belə böyük miqyasda saziş imzalayırdı. Bu saziş Xəzər dənizində beynəlxalq  əməkdaşlığın  əsasını qoydu, xarici sərmayədarların Azərbaycana axınını sürətləndirdi. "Əsrin müqaviləsi" həm də Azərbaycanda yeni neft-qaz kontraktlarının bağlanmasına güclü təkan verdi. "Əsrin müqaviləsi" tezliklə öz bəhrəsini verdi. 1997-ci il noyabrın 12-də "Çıraq-1" platformasında "Əsrin müqaviləsi" üzrə ilkin neftin hasilatına başlandı. 2005-ci ilin fevralında isə "Azəri-Çıraq-Günəşli" yataqlarının Mərkəzi Azəri hissəsində ilkin neftin hasilatına başlandı.
"Əsrin müqaviləsi"nə ilkin qoşulan  şirkətlər bunlardır: "AMOKO", "Yunokal", "Pennzoyl" (ABŞ), "Britiş Petroleum, "Remko" (Böyük Britaniya), "Statoyl (Norveç), "LUKoyl" (Rusiya), "Türk Petrolları" (Türkiyə), "Delta" (Səudiyyə Ərəbistanı). Sonradan müqaviləyə "İtoçu" (Yaponiya), "Ekson", "Amerada Hess" (ABŞ)  şirkətləri də qoşuldu. Azərbaycan Respublikasının Milli Məclisində ratifikasiya olunduqdan dərhal sonra neft-qaz  əməliyyatlarının idarə edilməsi və  əlaqələndirilməsi məqsədi ilə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yaradıldı. Ölkəmizin neft strategiyasının  əsas istiqamətlərindən biri Azərbaycan neftinin və qazının dünya bazarına nəql edilməsindən ibarətdir. Bu sahədə "Bakı-Tbilisi-Ceyhan"  Əsas  İxrac Boru Kəməri layihəsinin hazırlanması və reallığa çevrilməsi mühüm rol oynayır. Bu layihənin də baş memarı, onun bünövrəsini qoyan, həyata keçirilməsinə şəxsən rəhbərlik edən Heydər Əliyev olmuşdur.
1998-ci ildə Ankarada Azərbaycan, Türkiyə və Gürcüstan Prezidentləri "Bakı-Tbilisi-Ceyhan" Əsas  İxrac Boru Kəmərinin inşa edilməsi haqqında ilk saziş imzaladılar. ATƏT-in  İstanbul sammitində (1999, 18 noyabr) ABŞ prezidenti Bill Klintonun iştirakı ilə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyə Prezidentləri tərəfindən layihənin dəstəklənməsinə və qısa müddətdə həyata keçirilməsinə yönəlmiş İstanbul Bəyannaməsi imzalandı.
2002-ci il avqustun 18-də Səngəçal terminalında "Bakı-Tbilisi-Ceyhan"  Əsas  İxrac Boru Kəmərinin təməli qoyuldu. Bu böyük layihə artıq reallığa çevrilmişdir. 2005-ci il mayın 25-də kəmərin Azərbaycan, 13 oktyabrında isə Gürcüstan hissələrinə ilkin neftin doldurulması mərasimi keçirilmişdir.
2006-cı ilin yazında isə kəmərin Türkiyə hissəsi istifadəyə veriləcəkdir. "Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru Kəməri dünyada bənzəri olmayan mühəndis qurğusudur. Bu layihə  Şərq-Qərb enerji dəhlizinin  əsasını təşkil edir. Ümumi uzunluğu 1762 km olan kəmərin 443 kilometri Azərbaycan, 249 kilometri Gürcüstan, 1070 kilometri isə Türkiyə ərazisindən keçir. Kəmər ildə 50 milyon ton, sutkada isə 1 milyon barrel xam neft ötürmək qabiliyyətindədir H. Əliyevin bu layihənin gerçəkləşdirilməsində  əvəzsiz xidmətləri qiymətləndirilərək "Bakı-Tbilisi-Ceyhan"  Əsas  İxrac Boru Kəmərinə onun adı verilmişdir.  Azərbaycan Respublikasının Prezidenti H. Əliyevin fərmanı ilə hər il sentyabrın 20-si "Neftçilər Günü" kimi qeyd olunur.

Mənbə: Bayramlar və tarixi günlər
Müəllif: Əkbər Qocayev

пятница, 19 сентября 2014 г.

18 Sentyabr - Milli Musiqi Günüdür

 Sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy Hacıbəyovun doğum günüdür. Həmin gün təkcə musiqisevərlərin deyil, həm də bütün xalqımızın bayramıdır. Çünki elə bir azərbaycanlı tapmaq olmaz ki, onun qəlbində Üzeyir bəyə məhəbbət, onun ölməz sənətinə hörmət hissi olmasın. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin  əsasını maestro Niyazi qoymuşdur. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. Üzeyir bəyin doğum gününün musiqi tariximizin  ən əlamətdar hadisəsi kimi anılması tez bir zamanda ənənə halını almışdır. 1995-ci ildə isə Prezident Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi  ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınmışdır.
Üzeyir Hacıbəyov 1908-ci il yanvarın 18-də Bakıda H. Z. Tağıyevin teatrında tamaşaya qoyulan "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman  Şərqində opera sənətinin əsasını qoymuşdur. O, həm də Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Ü. Hacıbəyovun "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyalarında o dövr Azərbaycan məişəti, xalq adət və ənənələri öz əksini tapmışdır.
Ü. Hacıbəyov milli musiqi xəzinəsini yeni janr və formalarla zənginləşdirən bir sıra  əsərlər, o cümlədən Azərbaycan peşəkar musiqi sənətinin  şah  əsəri, dünya musiqi xəzinəsinin incilərindən olan dahiyanə "Koroğlu" operasını bəstələmişdir. O, həm Azərbaycan Xalq Cümhuriyyəti, həm də yeni Azərbaycan Respublikasının Dövlət himnlərinin musiqisinin müəllifidir. Üzeyir bəy elmi musiqişünaslığın, musiqi təhsilinin əsasını qoymuş və ömrünün sonunadək musiqi mədəniyyətinin inkişafına rəhbərlik etmişdir. O, müasir bəstəkarlıq məktəbinin beşiyi başında durmuş, onun qabaqcıl dünya bəstəkarlıq məktəbləri ilə yanaşı dura bilməsi üçün fədakarcasına çalışmışdır. Dahi bəstəkarın yaratdığı musiqi inciləri dünya  şöhrəti qazanmış, dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olmuşdur.
Görkəmli musiqi xadimləri onu "professional  Şərq musiqisinin atası" adlandırmışlar. Azərbaycan və dünya musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olmuş Ü. Hacıbəyovun anadan olmasının 100 illik yubileyi YUNESKO-nun qərarı ilə beynəlxalq miqyasda qeyd olunmuşdur.

Mənbə: Bayramlar və tarixi günlər
Müəllif: Əkbər Qocayev

15 Sentyabr - Bilik Günüdür!

Biz artıq 3A sinfiyik!

Uşaqlar sevinir!



Salam, doğma məktəb!

Salam, dostlar!

Yenidən məktəbdəyik!