Pages

среда, 24 сентября 2014 г.

Dilin tədrisində "dörd dirək" prinsipi

Dilin tədrisində "dörd dirək" prinsipi 
Orta məktəbdə Azərbaycan dili tədrisinin son məqsədi nədir?
Bir cümlə ilə bu suala belə cavab vermək olar: hər bir azərbaycanlı üçün onun doğma cəmiyyətində ünsiyyət rahatlığını təmin etmək. Başqa sözlə, cəmiyyətin hər bir üzvü çətinlik çəkmədən başqalarından məlumat qəbul etmək, öz hiss və düşüncələrini onlara çatdırmaq bacarığına malik olmalıdır. İnformasiya qəbul etmək və informasiya ötürmək prosesi yazılı və şifahi yolla baş verir. Biz dinləməklə və oxumaqla informasiya alırıq, danışmaqla və yazmaqla informasiya ötürürük. Beləliklə, ünsiyyət prosesində dörd nitq bacarığından istifadə edirik: dinləmə, danışma, oxu, yazı.
Milli Kurikulumun qaynaqlandığı Qərb yanaşmasında dilin tədrisi bu dörd dirək üzərində qurulub. Bu yanaşmaya görə, sözügedən dörd bacarıq sadəcə dil fənninə aid olan komponentlər deyil, metabacarıqlardır, yəni elmin və praktikanın bütün sahələrində istifadə olunan vasitələrdir. Təsadüfi deyil ki, ABŞ və Avropa universitetlərinin bir çoxu əcnəbiləri TOEFL və IELTS imtahanlarının nəticələri əsasında qəbul edir. Bu imtahanlar məhz nitq bacarıqlarının yoxlanması üzərində qurulur. Qəliz elmi-kütləvi mətni oxuyub qavradığını nümayiş etdirmək, səlis və maraqlı danışmaq, ədəbi dilin normalarına uyğun yazmaq, dinlədiyini təfərrüatı ilə anlamaq və öz fikrini bildirmək - bütün bunlar intellekt göstəriciləridir. Qərb pedaqoqları belə hesab edirlər ki, bu dörd bacarığa yüksək səviyyədə yiyələnmiş hər bir şəxs elmin istənilən sahəsində uğur qazana bilər.
Bizə elə gəlir ki, bu bacarıqlara malikik. Oxuya da bilirik, yaza da; danışmağımıza söz ola bilməz; dinləməyə də nə var ki. Məişət səviyyəsində, bəlkə də, belədir. Lakin kurikulumda bu bacarıqlarla bağlı daha yüksək tələblər qoyulur.  

“Oxu strategiyalarının təlimi üzrə mentorların hazırlanması”
07-11 oktyabr, 2014
iştirakçı seçimi üçün elan

Azərbaycan Respublikası Təhsil Nazirliyi “Oxu strategiyalarının təlimi üzrə mentorların hazırlanması” təliminə iştirakçı qəbulu elan edir.
Təlimin keçirilmə tarixi: 07-11 oktyabr, 2014

Məkan: Quba rayonu, ADİU-nun Tədris, idman və sağlamlıq mərkəzi
Təlimin məqsədi ibtidai təhsil səviyyəsində təhsil alan şagirdlərdə oxuyub-anlama bacarıqlarını inkişaf etdirmək məqsədilə sinif müəllimlərinin fəaliyyətini istiqamətləndirməyə yardım edə biləcək mentorların hazırlanmasıdır.İştirakçıların sayı: 30 nəfər

Təlim dili: Azərbaycan dili

İştirakçıya qoyulan tələblər:

- Ali pedaqoji təhsil;
- Pedaqoji iş təcrübəsi (ən az 2 il);
- Azərbaycan dilində sərbəst danışma, oxuyub anlama bacarığı;
- Ünsiyyətcil, təşəbbüskar;
- Məsuliyyətli;
- Əməkdaşlıq bacarığı;
- Fasilitasiya bacarığı.
Arzu olunandır:
- Hazırda müəllim olaraq çalışan;
- Respublikanın bölgələrinə getmə imkanı olan;
- Mütaliə vərdişi olan;
- Təlimçi kimi fəaliyyət göstərən.
Əlaqə
Müəyyən edilmiş tələblərə uyğun gələn namizədlər müvafiq ərizə formasına (Əlavə ) öz CV - lərini də əlavə edərək assessment@edu.gov.az elektron poçt ünvanına göndərməlidir.
Müraciət üçün son tarix: 29 sentyabr 2014-cü il

http://www.edu.gov.az/view.php?lang=az&menu=228&id=9159


Комментариев нет:

Отправить комментарий