Pages

вторник, 4 июня 2019 г.

"Nağıllar aləmində"

Bu gün 102 nömrəli məktəbin 3A sinif şagirdləri maraqlı bir tədbirin iştirakçısı oldular. Onlar sevimli nağıl və təmsillərinin müəllifi ilə görüş keçirdilər. Bu, Mehriban xanım Nağıyeva idi. Uşaqlar Mehriban xanımın kitablarını oxumuş, hətta sevimli qəhrəmanlarının iştirakı ilə bu təmsilləri səhnələşdirmişdilər. "Əsmərin sehrli zənbili" , "Zarafatcıl dələ", " Dərdli kirpi", "Tənbəl qarğa", " Lovğa tülkü" təmsilləri uşaqların ifasında sanki bir daha canlandı. Bu təmsillərdə ifşa olunan lovğalıq, tənbəllik və digər mənfi xüsusiyyətlər şagirdlər tərəfindən göstərildi. Səhnəciklərdən sonra müəllim hər bir əsərin məzmunu və ideyası haqqında müsahibə apardı. Məlum oldu ki, şagirdlər bu təmsillərin əsas ideyasını anlamış, müəllifin məqsədini başa düşmüşlər.
Tədbir müəllif Mehriban Nagıyeva və məktəbin tədris işləri üzrə direktor müavini Bədirnisə Quliyevanın çıxışı ilə yekunlaşdı. Sonda xatirə şəkilləri çəkildi.





































Комментариев нет:

Отправить комментарий