Uşaq məktəbdən
əvvəl nəyi bilməli və bacarmalıdır?
Bilməlidir:
tam adını - SAA (özünün və valideynlərinin),
ev ünvanı və telefon nömrəsini,
yaşadığı şəhəri, ölkəni;
ən çox yayılmış bitkiləri, heyvanları;
həftənin günlərini, fəsilləri (və onların
ardıcıllığını), bir ildəki ayların
sayını;
rəngləri, idman növlərini
və populyar
peşələri;
məşhur yazıçıların, şairlərin adlarını;
əsas yol hərəkəti
qaydalarını;
bayramları.
Fərqini anlamalıdır:
"Sağ” və “solun” ;
küçə, şəhər və ölkənin;
meyvələr, giləmeyvə, tərəvəz,
ağac və kolun;
heyvanlar, quşlar, balıqlar, böcəklər, vəhşi və ev heyvanlarının;
hərf və səslərin, sait və samitlərin (kar və cingiltili)
Bacarmalıdır:
Sadə problemləri (məntiq daxil olmaqla) həll etməyi, tapmaca tapmağı;
ardıcıllığı bərpa etməyi,
əşyaların ümumi cəhətlərini
vurğulamaq və fərqləri görməyi;
şəkli təsvir etməyi,
dinlədiyi hekayəni nəql etməyi,
şeir və ya 5-6 kiçik cümlədən ibarət
mətni əzbər söyləməyi;
10-a qədər saymağı və sadə hesab əməllərini yerinə yetirməyi;
kiçik cümlələri (5 sözə qədər)
oxumağı və oxuduqlarını başa düşməyi;
"ev", "top", "bala" kimi sadə sözlərdə səslərin
və hecaların sayını müəyyənləşdirməyi;
qayçı ilə işləməyi; kontur boyunca kəsməyi, həndəsi fiqurları kəsməyi;
qələm və karandaşla işləməyi,
xətkeşsiz düz xətt çəkməyi, ştrixləməyi,
konturdan çıxmadan rəngləməyi.
Yəni bu mərhələdə uşağın müəyyən
düşüncə, yaddaş, diqqət səviyyəsi olmalıdır. Bundan əlavə, o, münasibət qurmağı
və ünsiyyət qurmağı öyrənməlidir - müəllim və digər uşaqlarla nəzakətli
olmalı, böyüklərə hörmətlə yanaşmalı, hansısa vəzifələri yerinə yetirməyi bacarmalı,
bəzi məsələlərdə artıq müstəqil olmağı, intizamlı və səliqəli olmağı öyrənməlidir.
Bütün bunları həm evdə, həm də xüsusi hazırlıq kurslarında öyrənmək
olar.
Tərcümə etdi: D.Şeyxzadə
Orijinal məqalə: https://www.kp.ru/guide/podgotovka-k-shkole