понедельник, 30 сентября 2019 г.

Məktəbə hazırlaşırıq. Mənim təqdimatım

Məktəbəhazırlıq qrupunun ilk günü hər zaman həyəcanla qarşılanır. Bəs necə, axı uşaqlar ilk dəfə məktəbə gəlirlər! Buna görə də ibtidai sinif müəllimləri bu günə xüsusi diqqət ayırırlar. Maraqlı təqdimatlar, oyunlar məşğələni uşaqlar üçün cəlbedici edir. Sabah üçün hazırladığım təqdimatı sizinlə paylaşıram, əziz müəllimlər. Hamıya uğurlar!😊

Googl diskə yüklədim. Bu da link Buradan açın

воскресенье, 29 сентября 2019 г.

Məktəbəhazırlıq qrupları üçün yeni oyun!


Linki buradan açın


Bu oyunu məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün nəzərdə tutmuşam. Oyunu PP təqdimatında işləmişəm. Oyun trenajor tipindədi.Linki açıb yükləyə bilərsiniz. Qovluqdakı audio faylları da yükləməyi unutmayın. Uğurlar!

Uşaqlar hansı cizgi filmlərinə baxsınlar


Linki açın


Uşaqlar hansı çizgi filmlərinə baxsınlar?

Uşaqlar hansı çizgi filmlərinə baxsınlar?

Müasir dünyada həyatımızı texnologiyasız təsəvvür etmək bəzən çox çətindir. İndi analar yalnız doğuş zamanı, bilavasitə doğuşa girərkən telefonu qoyur və bitən kimi yenidən götürür. Bu qınanmalı hal deyil-reallıqdır. Belə olan halda gec-tez uşaq da telefonla tanış olur. Yaxşı olar ki, bu tanışlıq ilk bir il ümumiyyətlə olmasın, sonra isə sizin bir başa nəzarətiniz altında baş versin.


Məktəbə qəbuldan əvvəl uşaq nəyi bilməlidir


Картинки по запросу первый день дошколят в школе

 Uşaq məktəbdən əvvəl nəyi bilməli və bacarmalıdır?
 Bilməlidir:
tam adını - SAA (özünün və valideynlərinin),
ev ünvanı və telefon nömrəsini,
yaşadığı şəhəri, ölkəni;
ən çox yayılmış bitkiləri, heyvanları;
həftənin günlərini, fəsilləri (və onların ardıcıllığı), bir ildəki ayların sayı;
rəngləri, idman növlərini və populyar peşələri;
 məşhur yazıçıların, şairlərin adları;
əsas yol hərəkəti qaydaları;
bayramları.
Fərqini anlamalıdır:
 "Sağ” və “solun” ;
küçə, şəhər və ölkənin;
 meyvələr, giləmeyvə, tərəvəz, ağac və kolun;
heyvanlar, quşlar, balıqlar, böcəklər, vəhşi və ev heyvanlarının;
hərf və səslərin, sait və samitlərin (kar və cingiltili)

Bacarmalıdır:
Sadə problemləri (məntiq daxil olmaqla) həll etməyi, tapmaca tapmağı;
 ardıcıllığı bərpa etməyi,
 əşyaların ümumi cəhətlərini vurğulamaq və fərqləri görməyi;
şəkli təsvir etməyi,
dinlədiyi hekayəni nəql etməyi,
 şeir və ya 5-6 kiçik cümlədən ibarət mətni əzbər söyləməyi;
10-a qədər saymağı və sadə hesab əməllərini yerinə yetirməyi;
 kiçik cümlələri (5 sözə qədər) oxumağı və oxuduqlarını başa düşməyi;
"ev", "top", "bala" kimi sadə sözlərdə səslərin və hecaların sayını müəyyənləşdirməyi;
qayçı ilə işləməyi; kontur boyunca kəsməyi, həndəsi fiqurları kəsməyi;
 qələm və karandaşla  işləməyi,
xətkeşsiz düz xətt çəkməyi, ştrixləməyi,
konturdan çıxmadan rəngləməyi.


Yəni bu mərhələdə uşağın  müəyyən düşüncə, yaddaş, diqqət səviyyəsi olmalıdır. Bundan əlavə, o, münasibət qurmağı və ünsiyyət qurmağı öyrənməlidir - müəllim və digər uşaqlarla nəzakətli olmalı, böyüklərə hörmətlə yanaşmalı, hansısa vəzifələri yerinə yetirməyi bacarmalı, bəzi məsələlərdə artıq müstəqil olmağı, intizamlı və səliqəli olmağı öyrənməlidir.
Bütün bunları həm evdə, həm də xüsusi hazırlıq kurslarında öyrənmək olar.

Tərcümə etdi: D.Şeyxzadə




Orijinal məqalə: https://www.kp.ru/guide/podgotovka-k-shkole

пятница, 20 сентября 2019 г.

21 Sentyabr Beynəlxalq Sülh Günüdür

21 Sentyabr Beynəlxalq Sülh Günüdür. 4”a” sinif şagirdləri bu münasibətlə texnologiya dərsində kağızdan sülh rəmzi olan ağ göyərçinlər düzəltdilər. Sonra məktəbin tədbirində şeirlərlə çıxış etdilər. “Göyərçinik biz” mahnısı da ifa edildi.















Milli Musiqi Günü

18 Sentyabr Milli Musiqi Günüdür. 4”a” sinif şagirdləri hazırladıqları məruzə ilə çıxış etdilər. Sonra isə “Azərbaycan” mahnısı xorla ifa edildi.





понедельник, 16 сентября 2019 г.

Bilik Günü

16 sentyabr 2019-cu il 102 nömrəli tam orta məktəbdə Bilik Günü qeyd olundu. 4”a” sinfinin şagirdləri də bu tədbirdə fəal iştirak etdilər. Uşaqlar “Kiçik akademiya”nın himnini oxudular. Sonra isə doğma yurdumuz, vətənimiz Azərbaycanı tərənnüm edən kompozisiyada çıxış edərək şeir söylədilər. Tədbirin sonunda 4”a” sinfinin iki şagirdi Məntiq olimpiadasında qalib gəldiklərinə görə birinci dərəcəli diplomla təltif olundular.
Yeni tədris ilinin ilk dərsi “İdman və sağlamlıq” mövzusu idi. 4”a” və 4”b” sinif şagirdləri bu münasibətlə maraqlı bir dərsdə iştirak etdilər. İlk dərsə şagirdlər idman formasında gəldilər. İki sinif arasında şən yarışma təşkil olundu. Uşaqlar topla, idman halqası ilə estafet oyunlarında həvəslə iştirak edərək qalib gəldilər. Hər iki sinif bayraqlarla təltif olundu.












четверг, 5 сентября 2019 г.

Məktəbəhazırlıq qrupları üçün diaqnostik qiymətləndirmə meyarları və testləri

Məktəbəhazırlıq qruplarında uşaqların bilik, bacarıq və vərdişlərinin səviyyəsinin dəyərləndirilməsi 3 komponent üzrə həyata keçirilir:
- diaqnostik (ilkin)
- formativ (cari)
- inkişafa dair yekun hesabat
Diaqnostik qiymətləndirmə uşağın ilkin inkişaf səviyyəsinin təyin edilməsi üçün oktyabr ayında həyata keçirilir.Diaqnostik qiymətləndirmə zamanı uşaqlar haqqında toplanan məlumat onların inkişafında mövcud olan fərqləri aşkar edir və təlimin planlaşdırılması üçün şərait yaradır. Diaqnostik mərhələdə toplanan məlumatlar gələcəkdə uşağın inkişafının izlənilməsi və müqayisələrin aparılması üçün indikatorlar ( göstəricilər) yaradır.

Mənbə: Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası

Diaqnostik qiymətləndirmə üçün şəkilli testlər






Mənbə:300 развивающих упражнений_4-5 лет.PDF

Klub roditeley Tummy

Detskiy portal Chudo Yudo

среда, 4 сентября 2019 г.

15 Sentyabr - Bilik Günüdür!

İlk dərs gününün şagirdlərin yaddaşında xoş təəssüratlarla, bayram əhvali-ruhiyyəsi ilə yadda qalması olduqca vacibdir.Buna görə də15 Sentyabr - Bilik Günündə hər bir müəllim öz sinfində təqdimat edir. Bu zaman uşaqlara əvvəlcədən şeirlər də vermək olar.
 Bu mövzuda bloqumun "Ssenarilərim" səhifəsində təqdimat da var. İndi isə müxtəlif illərdə yazdığım şeirləri sizinlə paylaşıram. Həmişə olduğu kimi müəlliflik hüququnun qorunması vacibdir.

               15 Sentyabr Bilik Günüdür
                           (Ssenari)

Müəllim: - Əziz uşaqlar! Siz bu gün ilk dəfə olaraq məktəbə gəlmisiniz. Bu gün hamınız əlinizdəki çiçəklər kimi gözəl görünürsünüz. Hər biriniz xoşbəxt və bir o qədər də həyəcanlı dəqiqələr yaşayırsınız. Bu andan etibarən sizin məktəb həyatınız başlayır. İndi siz artıq adi uşaqlar deyil, məktəblisiniz. Siz bu gündən şərəfli bir ad daşıyacaqsınız. Bilirsinizmi bu nə addır? 
Şagird! Bəli, siz artıq şagirdsiniz! Mən sizi şagird olmağınız münasibətilə ürəkdən təbrik edirəm. Bu şərəfli adı başıuca və fəxrlə daşımağı arzu edurəm. Arzu edirəm ki, hər biriniz çalışıb adi şagird deyil, yaradıcı, məsuliyyətli, intizamlı, mədəni, vətənpərvər, bir sözlə məktəbimizə və ən əsas da vətənimiz Azərbaycana layiq bir şagird olasınız.
 Əziz şagirdlər, əziz birincilər, 11 il davam edəcək maraqlı və unudulmaz məktəb həyatına xoş gəldiniz! Məktəb yollarında sizin bələdçiniz mən olacağam. Mən sizin ilk müəlliminizəm. Mənim adım ____ , soyadım_______ .
Sizə 4 il ərzində oxumağı, yazmağı, hesablamağı, məsələ həll etməyi, tədqiqat aparmağı, bundan başqa düşünməyi, dinləməyi, dostluq etməyi, öyrənməyi də öyrədəcəyəm. Bu çətin, amma maraqlı yolda sizin yaxın köməkçiləriniz olacaq. Onlar sizin dostlarınız, sizin ilk dərsliklərinizdir. Baxın, onlar sizin qarşınızdadır. Bu dərsliklər sizi səbirsizliklə gözləyirlər. Siz də, uşaqlar, çalışın ki, onlar həmişə belə səliqəli və gözəl olsun. Onları təmiz saxlayın.
Əziz uşaqlar, ilk dərs gününüzü bir daha təbrik edirəm!
( Uşaqların çıxışı)
1-ci şagird:
Salam, sevimli məktəb,
Xoş gördük, ey müəllim!
Görüşünə həvəslə
Gəlmişik bu gün sənin.
2-ci şagird:
Gözlərimizdə sevinc,
Əlimizdə tər güllər.
İlk övladlarınıq biz
Məktəb ana tək səslər.
3-ci şagird:
Məktəbliyəm bu gündən
Sevinir anam, nənəm.
Atam da "Əhsən!" deyir,
"Böyük oğlansan" deyir.
4-cü şagird:
Mən daha məktəbliyəm,
Oyuncağı neylərəm.
Kitabları sevirəm,
Oxumaq istəyirəm.
5-ci şagird:
Savadlı olmalıdır
Vətənimdə hər bir kəs.
İgidlər ölkəsində
Tənbəllər ola bilməz!
6-cı şagird:
Mən bu gündən şagirdəm,
Bununla fəxr edirəm!
Mən Vətənimə layiq
Olmağa and içirəm!
Xorla:  And içirik, and içirik, and içirik!
- 102 nömrəli məktəbin ən nümunəvi şagirdi olmağa and içirik!
Xorla: And içirik!
- Vətənimizə, xalqımıza layiqli vətəndaş olmağa and içirik!
Xorla: And içirik!
- Vətənimizin adını daha da ucaltmağa and içirik!
Xorla: And içirik! And içirik! And içirik!
Müəllim:
Xoş gəldiniz məktəbə,
Siz ey körpə balalar.
Altıyaşlısız daha,
Zəkası nur balalar.

Oxumağı, yazmağı,
Öyrədəcəyəm sizə.
"Ana" , "Vətən" kəlməsin
Sevdirəcəyəm sizə.
Elmin yolu bir zirvə,
Zirvəyə gedən yolu
Göstərəcəyəm sizə.

Bu maraqlı aləmdə,
Bu sirli kəhkəşanda,
Sizə nə arzulayım?
Yalnız müvəffəqiyyət,
Böyük səbr və zəhmət,
Çoxlu- çoxlu uğurlar,
Günəş nurlu sabahlar,
Bir də ki, can sağlığı,
Ata-ana varlığı!

(29 avqust 1999; 08 sentyabr 2012)

воскресенье, 1 сентября 2019 г.

Abunə olun

                              Bloqun dəyərli izləyicilərinin nəzərinə
Əziz müəllimlər, uşaqlar və valideynlər! Tezliklə bloqumda yeniliklər olacaq. Məlumatları izləmək üçün bloqun daimi oxucusu ola bilərsiniz. Bunun üçün "İbtidai təhsil" bloquma abunə olmaq kifayət edər. 


                                               Hörmətlə,
                                               Dilşad Şeyxzadə