Bakı şəhəri M.X.Axundzadə adına 102 №li tam orta məktəbin ibtidai sinif müəllimi Şeyxzadə Dilşadın metodiki bloqu
Pages
▼
суббота, 30 мая 2020 г.
четверг, 28 мая 2020 г.
Yaşa, Azərbaycan!
102 nömrəli məktəbin 4”a” sinif şagirdləri ilə birgə 28 May Ruspublika Gününə həsr olunmuş videoçarx maraqlı alındı. Uşaqların hərəsinin öz evində olmasına baxmayaraq, Vətənə olan sevgi onlar arasında birlik yaratdı. Klipdə Nəriman Həsənzadənin “Azərbaycanım” şeiri səsləndirilir. Youtube linkindən izləyə bilərsiniz
Linkə buradan daxil olun
Linkə buradan daxil olun
среда, 20 мая 2020 г.
суббота, 9 мая 2020 г.
Ulu bir sərkərdə, ulu bir öndər!
Pandemiya ilə əlaqədar karantində qalan 102 nömrəli məktəbin 4A sinif şagirdləri bir gün də olsun dərsdən geri qalmadılar. Uşaqlar həm təhsillə məşğul olur,həm məktəbin ictimai işləri ilə, həm də müxtəlif layihələrə qoşulurlar. Bir sözlə evdə qalsalar da, bir şagird kimi fəaliyyətdən qalmırlar.
10 May Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibəti ilə uşaqlarla birgə videoçarx hazırladıq. Videoçarxda Qabil Ədalətin "Ulu bir sərkərdə, ulu bir öndər" şeiri şagirdlər tərəfindən səsləndirilir. Böyük həvəslə iştirak edən şagirdlərimə və eləcə də onların valideynlərinə öz təşəkkürümü bildirirəm. Videonu təqdim edirəm, buyurun baxın.
Dilşad Şeyxzadə

пятница, 8 мая 2020 г.
Bu gün Şuşanın işğalından 28 il ötür
Bu gün, 2020-ci ilin 08 mayı, Qarabağımızın gözəl incisi möhtəşəm qala şəhər Şuşanın işğalından 28 il ötür. 28 ildir ki, Şuşanın gözü yaşlıdır. 28 ildir ki, Şuşa bizi həsrətlə gözləyir. Cıdır Düzü, Turşsu, Daşaltı yiyəsiz qalıb. Ulu babalarımızın qəbirləri gözüyolda, tarixi abidələrimizin səssiz ah-naləsi göylərə ucalır, xarıbülbül yadların tapdağı altında qalıb...
Dilşad Şeyxzadə
Dilşad Şeyxzadə