суббота, 30 мая 2020 г.

Təşəkkürlər, eTwinning!

” Our Home” və “ Qayğı göstər, hörmət et”  eTwinning layihələrində şagirdlərimlə birgə əməkdaşlıq etmək çox maraqlı idi. Şagirdlərim tapşırıqları həvəslə yerinə yetirirdilər. Bunun nəticəsində bir çox həyati bacarıqlar qazandılar.  Təşəkkürlər,  eTwinning!



четверг, 28 мая 2020 г.

Yaşa, Azərbaycan!

102 nömrəli məktəbin 4”a” sinif şagirdləri ilə birgə 28 May Ruspublika Gününə həsr olunmuş videoçarx maraqlı alındı. Uşaqların hərəsinin öz evində olmasına baxmayaraq, Vətənə olan sevgi onlar arasında birlik yaratdı. Klipdə Nəriman Həsənzadənin “Azərbaycanım” şeiri səsləndirilir.  Youtube linkindən izləyə bilərsiniz

Linkə buradan daxil olun



среда, 20 мая 2020 г.

Təşəkkür edirəm!

102 nömrəli məktəbin 4”a” sinif şagirdlərinin valideynləri tərəfindən mənim karantin dövründə onlayn dərslərimlə əlaqədar verdikləri dəyər ən böyük hədiyyəmdir. Təşəkkür edirəm sizə!


суббота, 9 мая 2020 г.

Ulu bir sərkərdə, ulu bir öndər!

Pandemiya ilə əlaqədar karantində qalan  102 nömrəli məktəbin 4A sinif şagirdləri bir gün də olsun dərsdən geri qalmadılar. Uşaqlar həm  təhsillə məşğul olur,həm məktəbin ictimai işləri ilə, həm də müxtəlif layihələrə qoşulurlar. Bir sözlə evdə qalsalar da, bir şagird kimi fəaliyyətdən qalmırlar.
10 May Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 97-ci  ildönümü münasibəti ilə uşaqlarla birgə videoçarx hazırladıq. Videoçarxda  Qabil Ədalətin "Ulu bir sərkərdə, ulu bir öndər" şeiri şagirdlər tərəfindən səsləndirilir. Böyük həvəslə iştirak edən şagirdlərimə və eləcə də onların valideynlərinə öz təşəkkürümü bildirirəm. Videonu təqdim edirəm, buyurun baxın.
                                                                                                                      Dilşad Şeyxzadə






пятница, 8 мая 2020 г.

Xədicənin təqdimatı


4a sinif şagirdi Xədicə Hüseyn Şuşanın işğalının 28-ci ildönümünü ona həsr edilmiş rəsm və
şeirlə yad etdi.




Bu gün Şuşanın işğalından 28 il ötür

Bu gün, 2020-ci ilin 08 mayı, Qarabağımızın gözəl incisi möhtəşəm qala şəhər Şuşanın işğalından 28 il ötür. 28 ildir ki, Şuşanın gözü yaşlıdır. 28 ildir ki, Şuşa bizi həsrətlə gözləyir. Cıdır Düzü, Turşsu, Daşaltı yiyəsiz qalıb. Ulu babalarımızın qəbirləri gözüyolda, tarixi abidələrimizin səssiz ah-naləsi göylərə ucalır, xarıbülbül yadların tapdağı altında qalıb...
                                                                                                                       Dilşad Şeyxzadə