Bu da son. Onlayn dərslərimiz bitdi və mən öz sevimli dördüncülərimlə vidalaşıram. Bu ayrılıq anı hər birimizə təsir edir. Şagirdlərimdən göz yaşlarımı gizlətmək üçün tələsik sağollaşıram. Amma qrup yazışmaları davam edir və mən daha da kövrəlirəm. Valideynlərin xoş sözləri, şagirdlərimin hiss və həyəcanları mənə çox təsir edir. Xüsusən də pandemiya zamanı karantinə görə 4-cü sinfi bitirmək münasibətilə şənlik də keçirə bilməyəcəyimizi düşünəndə, daha pis təsir edir. Amma bu sıxıntını təkcə bizim yox, bütün dünyamız keçirir. Ümid edirik ki, bu dövr tez bir zamanda keçib gedəcək və biz yenidən görüşəcəyik. Mən yenidən öz 4-cülərimə dərs deyə bilməsəm də, biz hər zaman bir-birimizi məktəb daxilində görəcəyik.
Əziz dördüncülər! Mənim sevimli şagirdlərim! Siz hansı sinifdə oxumağınızdan asılı olmayaraq, hər zaman mənim şagirdlərim olaraq qalacaqsınız. Məktəbi bitirib müstəqil həyata qədəm qoyduqda da, bilin, mən hər zaman sizinləyəm. Sizin uğurlarınız mənim uğurlarımdır! Sizinlə hər zaman fəxr etmək arzusu ilə sizdən ayrılıram. Uğurlar, 4-cü “a” !

Комментариев нет:
Отправить комментарий