Pages

суббота, 27 февраля 2021 г.

Xocalı soyqırımı - xalqımın sinəsində sağalmaz yara

 26 Fevral 2021-ci il ilk dərsimi Xocalı soyqırımına həsr etdim. Birinci sinif olduğuna görə uşaqların yaş xüsusiyyətlərini nəzərə alaraq faciənin mahiyyətini bacardığım qədər sadə dildə izah etdim. Uşaqlar diqqətlə dinlədikdən sonra öz fikirlərini söyləməyə başladılar. Mən onları dinlədikcə qarışıq hisslər keçirirdim. Şagirdlərim məni həm təəccübləndirir, həm kədərləndirir, həm də fərəhləndirirdi. Onlar sanki bir anda böyümüş və hər şeyi başa düşdüklərini nümayiş etdirirdilər. “ Müəllimə, axı körpələr onlara nə etmişdi? Axı onlar çox balaca idi! Müəllimə, axı qocaların gücü yoxdur, niyə onları belə etdilər?” - deyə suallar verərək özləri də bu suallara cavab tapmağa çalışırdılar. Danışdıqca qəhər məni boğurdu. Amma mən xalqımızın iradəsini, ordumuzun qüdrətini, ali baş komandanın qələbəyə aparan strategiyasını vəsf edərək acizliyi yox, gücümüzü nümayiş etdirməli idim. Buna görə də dərsi böyük ruh yüksəkliyi və qələbə əzmi ilə yekunlaşdırdım. Sonra uşaqlar rəsmlərini, öyrəndikləri şeirləri təqdim etdilər.Beləliklə, Xocalını yad etdik. Amma bu o demək deyil ki, Xocalı soyqırımı yalnız müəyyən bir gündə yad edilir. Vətənpərvərlik, Vətənə məhəbbət tərbiyəsi hər gün, hər dərs, hər an  damla-damla uşaqlara aşılanmalıdır. 







Комментариев нет:

Отправить комментарий