Pages

суббота, 18 декабря 2021 г.

2A sinfində debat

102 nömrəli tam orta məktəbin  2A sinif şagirdləri ilə Azərbaycan dili dərsində debat təşkil etdim. Mövzu “ Zoopark” idi. Zooparkın heyvanlar üçün uyğun olub- olmaması sualı ilə sinfə müraciət etdim. Fikir ayrılığına görə sinif iki yerə ayrıldı: zooparkı uyğun hesab edənlər və etməyənlər. Debatın şərtlərini qısa olaraq anlatdım. Şagirdlərimə  öz fikirlərini faktlarla arqumentləşdirilməsinin vacibliyini başa saldım. Uşaqlar şərtlərə əməl edərək debatda həvəslə iştirak etdilər. Debatda iştirak etmək istəməyən bir neçə şagird uşaqların fəaliyyətini yalnız izləməklə məşğul oldular. Ümid edirəm ki, gələcək debat dərslərimizdə bu uşaqlar da öz fikirlərini deməkdən çəkinməyəcəklər. Beləliklə, mənə nə aydın oldu? Aydın oldu ki, ikincilər fakt və münasibətlər anlayışını yaxşı mənimsəmişlər. Düşündüklərini ifadə etməkdə heç də çətinlik çəkmirlər. Öz fikrini  sübut etməyə yetərincə fakt düşünüb tapır və arqumentləşdirilər. 

 Nəhayət, bir konsensusa gəldik ki, vəhşi heyvanları izləmək üçün heç də onları qəfəsə salmağa lüzum yoxdur. Onları təbii şəraitdə də izləmək olar. Milli parklar yaradılmalı və orada xüsusi volyerlər qurulmalıdır ki, vəhşi heyvanları izləyən insanlar üçün təhlükəsizlik səddi olsun. Bu, həm heyvanlar, həm də onları izləyən insanlar üçün əlverişli olar.







Комментариев нет:

Отправить комментарий