Pages

понедельник, 8 мая 2023 г.

9 May - Faşizm üzərində qələbə günüdür





Müharibə hər zaman öz ağır fəsadları və itkiləri ilə tarixdə qanlı iz buraxaraq yaddaşlara həkk olunur. Hərçənd müharibənin əksi olan sülh heç zaman rahat əldə edilmir. Sülhü də qazanmaq gərəkdir. Sülh isə yalnız qələbə yolu ilə qazanılır. 

Uşaqlar nağılları çox sevirlər. Çünki nağılların sonunda həmişə xeyir şərə qalib gəlir. Həyatda da bunu arzulayırıq. Təəssüf ki arzuladığımız həmin qələbə ağır fəsadlar və itkilərlə müşayiət olunur. İnsaniyyət yarandığı gündən indiyədək bu davam edir: müharibə, qələbə və sonda barışıq, əmin-amanlıq, yenidən müharibə, qələbə, sülh, əmin-amanlıq…. Düşünəndə ki, müharibə etmək üçün silahlara sərf edilmiş milyonlarla dünyanın bütün insanlarının ehtiyaclarını təmin etmək olardı, müharibəyə qarşı nifrətimiz daha da artır.

 Biz deyirik: müharibəyə son, dünyaya sülh!








Комментариев нет:

Отправить комментарий