Bakı şəhəri M.X.Axundzadə adına 102 №li tam orta məktəbin ibtidai sinif müəllimi Şeyxzadə Dilşadın metodiki bloqu
Pages
среда, 31 мая 2023 г.
среда, 10 мая 2023 г.
Ulu öndərin 100 illiyi
Azərbaycan xalqı bu gün ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyini qeyd edir.
Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Xalqımız Heydər Əliyev kimi milli liderimizlə, zamanın fövqündə dayanan dahi insanla daim öyünür, fəxr edir, əməlləri ilə onun ideyalarını həyata keçirməyə çalışır.
Bu yol Azərbaycanın milli müstəqillik yoludur, inkişaf, tərəqqi, sabitlik, sülh və əmin-amanlıq yoludur.
“ Ulu öndər” mus/söz Dilşad Şeyxzadə
понедельник, 8 мая 2023 г.
9 May - Faşizm üzərində qələbə günüdür
Uşaqlar nağılları çox sevirlər. Çünki nağılların sonunda həmişə xeyir şərə qalib gəlir. Həyatda da bunu arzulayırıq. Təəssüf ki arzuladığımız həmin qələbə ağır fəsadlar və itkilərlə müşayiət olunur. İnsaniyyət yarandığı gündən indiyədək bu davam edir: müharibə, qələbə və sonda barışıq, əmin-amanlıq, yenidən müharibə, qələbə, sülh, əmin-amanlıq…. Düşünəndə ki, müharibə etmək üçün silahlara sərf edilmiş milyonlarla dünyanın bütün insanlarının ehtiyaclarını təmin etmək olardı, müharibəyə qarşı nifrətimiz daha da artır.
Biz deyirik: müharibəyə son, dünyaya sülh!
четверг, 4 мая 2023 г.
“ Günəş zərrəcikləri”
вторник, 2 мая 2023 г.
“ Maneəli yol”
Hazırladığım bu video 6-7 yaşlı uşaqlar üçündür. Şifahi hesablama yolu ilə maneələri dəf edərək, oyunun qalibi olmaq olar. Videonu PP prezentasiyası əsasında hazırlamışam. Düşünürəm ki, uşaqlar üçün maraqlı olar.
Videoya baxmaq üçün linkə keçid edin.
понедельник, 1 мая 2023 г.
“ Şirin börək”
Hazırladığım bu video kiçikyaşlı məktəblilər üçündür. Burada verilən sual məsələ tiplidir. Cavabı tapmaq üçün diqqətli olmaq kifayətdir.
Videoya baxmaq üçün linkə keçid edin.