Pages

четверг, 23 ноября 2023 г.

Tanınmış uşaq yazıçısı ilə görüş

 Bu gün Binəqədi rayonu MKS-də növbəti dəfə müəlliflə görüş  təşkil olundu. Bu görüşə tanınmış yazıçı, şairə Sevinc Nuruqızı dəvət olunmuşdu. Görüşdə 102 nömrəli məktəbin 4”a” sinif şagirdləri də iştirak edirdi.

Sevinc Nuruqızının yaradıcılığı ilə 1-ci sinifdən tanış olan uşaqlar bu görüşə böyük həvəslə hazırlaşmışdılar. Müəllifin Azərbaycan dili dərsliklərində geniş yer almış əsərlərini şagirdlərim maraqla oxuyublar.  Bu əsərlər dostluq, qayğıkeşlik, vətənpərvərliyi tərənnüm edir, gənc nəsildə əsl insana xas olan xüsusiyyətləri inkişaf etdirir. Yazıçının “ Melissa” adlı povestindəki  eyniadlı əsər qəhrəmanı isə uşaqların sevimli qəhrəmanı olmuşdur.  Bu povestin və digər hekayələrin mətni  üzrə sinifdə maraqlı diskussiyalarımız da olub. Bu gün isə yazıçının bir neçə əsərinin annotasiyası üç dildə təqdim olundu. Bir hekayəni müxtəlif tormalarda (rollar üzrə, nəqletmə, ifadəli oxu) təqdim edən şagirdlərim yazıçının rəğbətini qazandılar. Yazıçı Sevinc Nuruqızı 4”a”-nın şagirdlərinə öz kitablarını hədiyyə edib imzalayacağını  söz verdi. Uşaqların oxuduqları kitablara çəkdikləri illüstrasiyalar  da maraqlı idi. Tədbirin sonunda xatirə şəkilləri çəkildi. 

Bu maraqlı görüşün təşkilində zəhmət çəkən hər bir kəsə təşəkkür edirik. Kitabxananın çalışqan əməkdaşlarından Aygün xanıma, Səidə xanıma  hər zaman bizim məktəblə əlaqə saxlayıb maarifləndirmə işləri apardıqlarına görə minnətdarıq. Sevimli yazıçımız Sevinc Nuruqızına da öz yaradıcılığında uğurlar arzulayırıq. Bizi tez-tez yeni kitablarla sevindirsin!




























Комментариев нет:

Отправить комментарий