11 dekabr 2023-cü il tarixində 102 nömrəli məktəbin 4A sinif şagirdlərinə “ Fövqəladə hallar zamanı davranış qaydaları”haqqında təlim keçirildi. Məktəblinin dostu tərəfindən keçirilən bu təlim uşaqların zəlzələ və yanğın zamanı davranış qaydalarının öyrənilməsi məqsədi daşıyır. Belə hallarda düzgün hərəkət edən uşaqlar özlərini təhlükəli vəziyyətdən qoruya bilərlər. Ona görə də bu qaydaların öyrənilməsi həyati bacarıqların ən əsasıdır. Təlimə görə məktəblinin dostuna təşəkkür edirik. Belə təlimlərin daha çox olması gərəkdir.
Комментариев нет:
Отправить комментарий