102 nömrəli məktəbin 4”a” sinif şagirdləri Əliyev Əliimran və Məmmədzadə Mirmöhsin Texnologiya dərsində Scratch proqramlaşdırma proqramı ilə cizgi filmi hazırladılar. Proqramı daha yaxşı bilən Əliimran filmin texniki tərəfini işlədi. Mirmöhsin isə “ ideya generatoru” rolunda idi. Afərin, uşaqlar! Sizə uğurlar!İnformatika müəllimlərimizin bu uğurda böyük rolu var.
P.S. Qeyd edim ki, özüm Azərbaycanda ilk “scratch”çılardan biri olaraq 2013-cü ildə Abdulla Qəhrəmanovun təlimlərində bu proqramın ilk addımlarını tətbiq etmiş və sertifikatla da təltif olunmuşdum. Sonradan istifadə etmədiyimə görə unutdum. İndi gərək Əliimrandan öyrənim.☺️
Комментариев нет:
Отправить комментарий