Mövzu: Yaşıl
karandaş
Məzmun standartları:
1.2.1. Müşahidə etdiklərini, eşitdiklərini və oxuduqlarını müqayisə
etməklə nəql edir.
2.2.1. Müvafiq mətnləri düzgün, sürətli, intonasiya ilə (cümlə növlərinə
görə) oxuyur.
2.2.4. Mətndəki əsas fikrə münasibətini bildirir.
Təlim məqsədləri:
Ø Müəyyən
fikirlə bağlı öz mövqeyini bildirir və onu əsaslandırır.
Ø Mətni
durğu işarələrinə uyğun intonasiya ilə oxuyur.
Ø Mətnin
ideyasına uyğun atalar sözünü seçir.
Ø Əsərin qəhrəmanının
xarakterik əlamətlərinin müəyyən edir.
İnteqrasiya: H.b.
2.1.2., 3.1.1.
Təlim formaları:
Kollektivlə iş, kiçik qruplarla iş
Təlim üsulları: Əqli
hücum, müzakirə, Blum çiçəyi, Sual müsabiqəsi, Sinkveyn
Resurslar: Dərslik,
iş vərəqləri, PP prezentasiyası
Dərsin gedişi
Motivasiya:
-
Uşaqlar, yadınızdadır Həyat bilgisi dərsində
dostluq haqqında bir mövzu keçmişdik? Siz dediniz ki, hansı xasiyyətdə olan
uşaqlarla dostluq edərdiniz? (Fərziyyələr dinlənilir)
-
Bəs necə uşaqları öz dostlarınız arasında görmək
istəməzdiniz?
-
Gəlin bir müsbət keyfiyyəti onun əksi ilə
qarşılaşdıraq.
əliaçıq – xəsis
Xəsis adama hansı xüsusiyyətlərinə görə xəsis
deyirlər?
Tədqiqat
sualı:
Xəsis
insan həyatda daha çox qazanır, yoxsa itirir?
Tədqiqatın
aparılması: Dərsliyin 31-ci səhifəsindəki mətn əvvəlcə səssiz, sonra isə rollar
üzrə oxunur.
Müzakirə
üçün suallar: Kimin hərəkətini bəyənmədiniz? Fikrinizi əsaslandırın.
Sual
müsabiqəsi. Qruplarla iş. Hər qrup mətn üzrə 2 sual hazırlayır. Suallar“Blum çiçəyi”
üsulu üzrə tərtib olunur.
İnformasiya
mübadiləsi: Qruplar tapşırıqları yerinə yetirib təqdim edirlər. Sual müsabiqəsi təşkil
olunur. Hər düzgün suala görə 1 bal, hər doğru cavaba görə 2 bal verilir.
İnformasiyanın
müzakirəsi:
Müzakirə üçün suallar: Bu
hekayənin mövzusu haqqında nə deyə bilərsiniz?
Mətnin ideyası haqqında fikir yürüdün.
Verilmiş fikirlərdən hansı bu mətnin ideyasına
uyğun gəlir?
(Şagirdlər mətnin ideyasını müəyyən edirlər.)
Nəticə və
ümumiləşdirmə:İnsanı digər canlılardan fərqləndirən müsbət
keyfiyyətlərdən biri də əliaçıqlıq və səxavətli olmaqdır. Yanında olanlara hər
zaman kömək əlini uzatmaq hər bir adamın borcudur. Xəsislik heç kimə hörmət gətirmir.
Əksinə, hörmətsiz edir. Xəsis insanlar heç kimlə paylaşa bilmirlər. Elə buna
görə də həyatda tək qalırlar. İtirdikləri qazandıqlarından çox olur.
Bu həyatda hörmət, dost qazanmaq istəyirsinizsə,
paylaşmağı öyrənməlisiniz.
Həyat
paylaşdıqca gözəldir!
Refleksiya:
“Xəsis”
sözünə sinkveyn qurun. (Hər qrup bu tapşırığı yerinə yetirir və təqdim edir.)
Qiymətləndirmə:
Qrup
işinin qiymətləndirilməsi və meyarlara əsasən qiymətləndirmə aparılır.
Hazırladı: 102 nömrəli tam orta məktəbin ibtidai
sinif müəllimi Dilşad Şeyxzadə
Комментариев нет:
Отправить комментарий