Pages

пятница, 14 июня 2024 г.

Kiçik məzunlar

Budur, son dərs günü də gəldi. 4”a” sinfi ibtidai təhsilini yekunlaşdırdı. Vida günü həm sevincli, həm də kədərli idi…

Əlvida, 4”a” ! Biz bir-birimizi unutmayacağıq. Sizin hər bir nailiyyətiniz mənim üçün böyük bir uğurdur. Mənim ağıllı şagirdlərim, inanıram ki, sizinlə daim fəxr edəcəyəm!









 


















среда, 12 июня 2024 г.

Son dərs günlərimiz

 Son dərs həftəsi 4-cülərin gərgin günləri idi. Bütün fənlərdən BSQ-lərin yazdırılması yorucu olmasın deyə, uşaqlara Texnologiya, Təsviri incəsənət və Musiqi dərslərində sərbəst mövzu üzrə iş verirdim. Texnologiya dərsində şagirdlərim əsasən plastilinlə yapmaya üstünlük verdilər. 2 nəfər isə kompüterdə proqramlaşdırma yolu ilə cizgi filmi hazırladı.
























суббота, 8 июня 2024 г.

Scratch - proqramlaşdırma ilə cizgi filmi hazırladılar


 102 nömrəli məktəbin 4”a” sinif şagirdləri Əliyev Əliimran və Məmmədzadə Mirmöhsin Texnologiya dərsində Scratch proqramlaşdırma proqramı ilə cizgi filmi hazırladılar. Proqramı daha yaxşı bilən Əliimran filmin texniki tərəfini işlədi. Mirmöhsin isə “ ideya generatoru” rolunda idi. Afərin, uşaqlar! Sizə uğurlar!İnformatika müəllimlərimizin bu uğurda böyük rolu var. 

P.S. Qeyd edim ki, özüm Azərbaycanda ilk  “scratch”çılardan biri olaraq 2013-cü ildə Abdulla Qəhrəmanovun təlimlərində bu proqramın ilk addımlarını tətbiq etmiş və sertifikatla da təltif olunmuşdum. Sonradan istifadə etmədiyimə görə unutdum. İndi gərək Əliimrandan öyrənim.☺️