Bu gün 102 nömrəli məktəbin 2a sinfi" Azərsun Holdinq" şokolad fabrikinə ekskursiya etmişdir. Burada uşaqlar şokolad yağının necə və hansı şəraitdə hazırlanmasını, qablaşdırılmasını öz gözləri ilə gördülər. Fabrikin mütəxəssisindən şokolad yağının tərkibinin nədən ibarət olması haqqında məlumat aldılar. Öyrəndilər ki, səhər yeməyi, eyni zamanda tort və digər şirniyyatların bişirilməsi üçün istifadə olunan şokoladlı fındıqlı krem, uşaq orqanizmi üçün çox xeyirli, sümüklərin böyüməsinə, inkişaf etməsinə şərait yaradan, sümük quruluşunu gücləndirən, protein və kalsium mənbəyidir.
Ekskursiya zamanı uşaqlar ləzzətli şokolad dənəcikləri, qovrulmuş fındıq, şokolad fabrikinin digər məhsullarından yeyib dadına baxdılar. Onlar çox ləzzətli idi!
Ekskursiyaya gələn 2a sinif şagirdlərinin sevincinə səbəb olan daha bir sürpriz vardı. Bu, uşaqların sevimlisi Panda idi. O, fabrikə gələn qonaqları qarşılayıb, ekskursiya boyunca müşayiət edirdi. Ekskursiyanın sonunda isə Panda öz sevimli dostlarına dadlı və ləzzətli Şokki Mokki tübikləri hədiyyə etdi. Uşaqların sevincinin həddi hüdudu yox idi.
Tədbirin sonunda xatirə şəkilləri çəkildi. Uşaqlar Panda üçün öz "Şokki Mokki" mahnısını oxudular.

2a sinif şagirdləri, valideynlər və sinif rəhbəri fabrikin rəhbərliyinə minnətdarlıqlarını bildirib təşəkkür etdilər. Evə qayıdan uşaqlar ekskursiya haqqında təəssüratlarını inşa yazılarında təqdim edəcəklərinə söz verdilər.