Nəhayət, bir konsensusa gəldik ki, vəhşi heyvanları izləmək üçün heç də onları qəfəsə salmağa lüzum yoxdur. Onları təbii şəraitdə də izləmək olar. Milli parklar yaradılmalı və orada xüsusi volyerlər qurulmalıdır ki, vəhşi heyvanları izləyən insanlar üçün təhlükəsizlik səddi olsun. Bu, həm heyvanlar, həm də onları izləyən insanlar üçün əlverişli olar.
Bakı şəhəri M.X.Axundzadə adına 102 №li tam orta məktəbin ibtidai sinif müəllimi Şeyxzadə Dilşadın metodiki bloqu
Pages
- ƏSAS SƏHİFƏ
- "GÜNƏŞ" bloqumuz
- mektebli.president.az/index.php
- HEYDƏR ƏLİYEV VƏ UŞAQLAR
- Dərsdə istifadə olunan onlayn oyunlar
- "Danışan rəqəmlər"
- Mənim nailiyyətlərim
- Faydalı linklər
- "İşıqforun köməyi"
- 3-cü sinif üçün elektron resurs. Azərbaycan dili "İki gül"
- İnkişafetdirici çalışmalar və testlər
- Fiqurların sərgüzəşti
- Səkinənin inşası
- Ssenarilərim
- Info-urok
- Uşaq mahnıları
- ORFOQRAFİYA LÜĞƏTİ
- Multiurok
- kid-mama.ru
- MUSIQI və YARADICILIQ
суббота, 18 декабря 2021 г.
2A sinfində debat
вторник, 14 декабря 2021 г.
Pazl “ Vinni Puh”
Sabahkı dərsimiz “ Vinni Puh və onun həyatı” mövzusudur. Bununla əlaqədar pazl hazırladım. Buyurun, pazlı yığın😊
суббота, 11 декабря 2021 г.
Şən və maraqlı riyaziyyat!
Buradan başla Əziz dost! Linkə daxil ol və oyuna başla. Misalları düz həll et və cizgi filminə bax.Uğurlar!
вторник, 7 декабря 2021 г.
2-yə və 3-ə bölünən ədədləri tap
воскресенье, 7 ноября 2021 г.
воскресенье, 26 сентября 2021 г.
27 Sentyabr Anım Günüdür
Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.
Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir.
Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuş, yüz nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur.
Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə 2020-ci il dekabrın 4-də saat 12:00-da ölkə ərazisində bir dəqiqəlik sükut elan edilmişdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Mənbə: http://www.copat.gov.az/news/27-sentyabr-anim-gunudur
среда, 22 сентября 2021 г.
Salam, məktəb!
Sentyabrı səbirsizliklə gözləyirdik. Hamı məktəblərin nə vaxt açılacağı xəbərini gözləyirdi. Budur, elan edildi ki, dərslər sentyabrın 15-i deyil, 22-si başlayacaq. Özü də həftənin 5 günü əyani olaraq. Uşaqların sevincinin həddi-hüdudu yox idi!
İlk dərs gününün mövzusu da elan edildi: “ Qarabağ Azərbaycandır!”
Yeni dərs iliniz mübarək! Uğurlar!
среда, 30 июня 2021 г.
Yay məktəbinin son günü
30 iyun 2021-ci il. İlk Yay məktəbinin son günü. Bu günü də maraqlı keçirdik. Əlvida, ilk “ Yay məktəbi”