среда, 28 февраля 2024 г.

Fiqurları öyrənirik

 102 nömrəli məktəbin 0”a” məktəbəhazırlıq qrupunun uşaqları həndəsi fiqurları öyrənməyə başlayıblar. Kvadrat, düzbucaqlı, üçbucaq, dairə anlayışlarını başa düşürlər. Fiqurları tanıyır və çəkə bilirlər. Bugünkü dərsimizdə də uşaqlar həmişəki kimi fəal idilər.
























понедельник, 26 февраля 2024 г.

Xocalı soyqırımının 32-ci ildönümü

 102 nömrəli məktəbin 4A sinif şagirdləri ilə ilk dərsi Xocalı Soyqırımının 32-ci ildönümünə həsr etdik. Dərsi Azərbaycan Respublikasının Dövlət Himni ilə başladıq. Sonra soyqırım şəhidlərini bir dəqiqəlik sükutla yad etdik. Faciə haqqında 4A sinif şagirdi M.Mirmövsin məlumat məqsədilə təqdimat etdi. H.Səid “ Layla, Xocalı, layla” adlı soyqırımına həsr olunmuş şeiri söylədi. M. Ümid, B. Fatimə çəkdikləri rəsmi təqdim etdilər. 

Müzakirə etdikdən sonra digər uşaqlar öz rəsmlərini təqdim etdilər, münasibət bildirdilər.

Şagirdlərdən Q. Zeynəb və M.Zəhra esse yazdılar. 

Xocalı Soyqırımı - daim sızlayan ağrı, qan yaddaşımızdır. Müzəffər ali baş komandanın əmri ilə rəşadətli ordumuz zəfər çalaraq Xocalını erməni işğalından azad etdi. Xocalıda qətlə yetirilmiş günahsız insanların da ruhları şad oldu…


“XOCALI - SIZLAYAN AĞRI”


























четверг, 15 февраля 2024 г.

İlk uğurlarımız

 102 nömrəli məktəbin 0 “a” məktəbəhazırlıq qrupunun beşyaşlıları addım-addım öz uğurlarına nail olurlar. Bu gün uşaqlar müstəqil işlərinin nəticələri ilə məni çox sevindirdilər.