Yeni il ssenarisi.
İştirak edirlər: Dəniz
quldurları(piratlar) və onların başçısı, Kirpi, Dovşan, Tülkü,
Canavar, Ayı,
Qar qız, Sehrli Pəri, Yeni il, Şaxta baba
Rəqslər: Qar dənəciklərinin rəqsi, Santaların rəqsi
Mahnilar: Piratların
mahnısı, Yeni il mahnısı, Gözəl Vətən mahnısı
I hissə
Sinif bəzənmişdir. Şən
musiqi səslənir.Bu zaman pirat (dəniz quldurlarının başçısı) səhnəyə çıxır və
deyir:
-Ha, ha, ha! Uşaqlar şənlik
keçirmək istəyirlər. Yox, qoymaram! Mən sizin Yeni ilinizi oğurlamışam! O mənim
gəmimdədir. Əlimdən ala bilməzsiniz! Yeni il şənliyiniz olmayacaq!
Dəniz qulduru fit çalır,
dostlarını çağırır. Onlar gəlir və “Piratlar” mahnısını oxuyurlar,rəqs edirlər.
Sonra başçı quldur deyir:
- - Ha, ha,
ha, ha!!! İndi gedək, bir az yatım,dincəlim, yaman yorulmuşam. Sonra isə uzaq səfərə
çıxmalıyıq! Haydı, uşaqlar, ardımca!
Piratlar gedirlər.
II hissə
Səhnəyə Kirpi və Dovşan gəlir.Dovşan
deyir:
-Kirpi qardaş, eşitdin?
Quldurlar bizim Yeni ilimizi oğurlayiblar.Bəs indi biz neyləyəcəyik? ( Ağlayır)
Kirpi deyir:
-Heç narahat olma, a dovşan
qardaş.İndi bir şey fikirləşərik.
Kirpi o tərəf bu tərəfə
var-gəl edir.
Bu zaman Tülkü ilə Canavar
səhnəyə çıxır. Onlar Dovşana hücum edir.Dovşan qaçmaq istəyəndə Kirpi onu
müdafiə edir.
-Dayanın! Adam özündən
balacaları incitməz! Gücünüz çatırsa gedin quldurların əlindən Yeni ili xilas
edin!
Tülkü ilə Canavar ikisi də
birdən deyir: - Yeni ili? Yeni ilə nə olub?
Bu zaman Ayı nərildəyə-nərildəyə
səhnəyə daxil olur.O deyir:
-Bu nə səs-küydür
salmısınız?! Yatmağa da qoymadınız! İndi sizi parçalayacağam!!!
Heyvanlar qorxub qaçmaq istəyirlər.
Amma Kirpi qorxmur. O, irəli gəlib deyir:
-Hörmətli Ayı qardaş, sən
bizim meşədə hamıdan böyüksən, güclüsən. Sən bizə kömək edə bilərsən.
Ayı: - Nə olub sizə?
Kirpi: -Bizə yox. Yeni
ilimizi xilas etmək lazımdır. Quldurlar onu oğurlayıblar.
Ayı başını qaşıya – qaşıya
deyir: -Hə....Əlbəttə mən sizə kömək edərəm. Verin o quldurları mənə parçalayım!
Heyvanlar deyirlər: - Axı,
biz bilmirik onlar harada gizləniblər.
Bu zaman Qar qız və Sehrli Peri gəlirlər. Onlar salamlaşırlar: - Salam,
dostlar!
Qar qız deyir: - Niyə
burada durmusunuz? Axı bizi uşaqlar gözləyir. Yeni il şənliyidir!
Dovşan irəli çıxıb
ağlayaraq deyir:
-Gözəl Qar qız, Sehrli Pəri,
biz bu şənliyə gedə bilmərik.
Kirpi də deyir:
-Çünki Yeni ilimizi dəniz
quldurları - piratlar oğurlayıblar.
Qar qız Sehrli Pəriyə baxıb
deyir: - Sehrli Pəri, indi biz nə edək?
Sehrli Pəri deyir: - Mən
bilirəm nə etmək lazımdır!
O, Qarqızın qulağına nə isə
pıçıldayır. Sonra deyir: - Gəlin gedək.
Qarqız da deyir: - Hə, gəlin
gedək!
III hissə
Qar qız və Sehrli Pəri şənliyə
gəlirlər. Uşaqlar onları görüb əl çalırlar.Qar qız deyir:
-Əziz və sevimli uşaqlar!
Bilirsiniz nə olub?
Uşaqlar: - Nə olub?
Qar qız: - Yeni ili dəniz quldurları
oğurlayıb. Amma mən bilirəm nə etmək lazımdır. Biz gərək şənliyimizi elə keçirək
ki, quldurlara da maraqlı olsun. O zaman onlar özləri bizim şənliyimizə gələcəklər.
Əvvəlcə gəlin birlikdə “ Şaxta baba” mahnısını oxuyaq və sonra Şaxta babanı
çağıraq.
Uşaqlar “Şaxta baba”
mahnısını oxuyurlar.Qar qız deyir: - İdi gəlin Şaxta babaya şeirlər də söyləyək
ki, tez gəlsin.
Uşaqlar şeirlər söyləyirlər.
Sehri Pəri deyir: - İndi isə
qar dənəcikləri gəlsin!
Qar dənəciklərinin rəqsi səslənir,
qızlar rəqs edirlər.
Sonra Qar qiz deyir: -
Uşaqlar, Şaxta babanı çağırmaq vaxtıdır. Gəlin birlikdə onu səsləyək.
Xorla: - Şaxta baba, şaxta
can! Hardasan bu vaxtacan!
Şaxta baba gəlir və deyir:
-Salam, əziz uşaqlar!
Bayramınız mübarək! 31 Dekabr Dünya Azərbaycanlılarının həmrəylik günüdür.
Hamınızı təbrik edirəm!
IV hissə
Uşaqlar vətən mövzusunda
şeirlər söyləyirlər. “ Gözəl Vətən” mahnısını oxuyurlar.
Sonra Santaların rəqsi ifa
edilir.
Bu zaman quldur səhnəyə
çıxıb deyir:
-Uşaqlar, nə maraqlıdır şənliyiniz!
Mən sizin səsinizdən heç yata da bilmədim. Olar ki, mən də burada iştirak edim?
Uşaqlar: - Yeni ilimizi
qaytar bizə! Qaytar!
-
Söz ver
ki, heç vaxt heç kimə pislik etməyəcəksən!
Quldur: - Yaxşı, yaxşı...Söz
verirəm ki, bu il heç kimə pislik etməyəcəyəm.
Quldur gedir. Yeni il gəlir
və deyir:
-Salam, uşaqlar! Sizi görməyimə
çox şadam! Yeni iliniz mübarək! Hamınıza can sağlığı və bütün dərslərinizdən əla
qiymətlər almağı arzulayıram. Arzu edirəm ki, hər zaman belə qoçaq və şən
olasınız!
Sehrli Pəri deyir: -
Uşaqlar, gəlin birlikdə “Yeni il” mahnısını oxuyaq!
Uşaqlar Yeni il mahnısını
xorla oxuyurlar.
Şənlik davam edir.
Son.
Müəllif Dilşad Şeyxzadə