суббота, 29 апреля 2023 г.

Ulu öndər

 Müdrik, uzaqgörən, liderlik keyfiyyətlərinə malik dahi şəxsiyyət Heydər Əliyev! Onun haqqında saatlarla danışmaq, yazmaq olar, bu da kifayət etməz. 

 Bu il Ulu öndərin anadan olmasının 100 illiyi qeyd edilir. Dahi şəxsiyyətə həsr edilən şeirlər, bəstələnən mahnılar xalqın sevgisini əks etdirir. Heydər Əliyevin vətənpərvərliyini əks etdirən məşhur “ Mən fəxr edirəm ki, azərbaycanlıyam” kəlamı dillər əzbəridir. Bir xalq olaraq biz  də Heydər Əliyev kimi ümummilli liderimizlə fəxr edir və onun fəaliyyətini, şəxsiyyətini  milli dəyərlər sırasında qiymətləndiririk. Bir vətəndaş olaraq bu dəyərləri gələcək nəsillərə ötürməyi özümüzə borc bilirik. 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr etdiyim, sözləri və musiqisi mənə məxsus olan “ Ulu öndər” mahnısını təqdim  edirəm.

Klipi izləmək üçün aşağıdakı linkə keçid edin

Ulu öndər

вторник, 25 апреля 2023 г.

Qalibləri təbrik edirik!


 102 nömrəli məktəbin 3A sinif şagirdləri  ibtidai siniflərdə keçirilmiş “ Oxu texnikasının monitorinqi”nin nəticəsi olaraq sinif üzrə uğur qazanmış, diplom və Fəxri fərmanlarla təltif olunmuşlar.

Qalibləri təbrik edirik və uğurlarının davamlı olmasını arzulayırıq!





пятница, 21 апреля 2023 г.

Tarixi abidələrə ekskursiya

  3-cü sinfin Azərbaycan dili dərsliyində “ Odlar yurdu” bölməsi var. Bu bölmədəki fəsillər və uyğun olaraq mövzular yurdumuzun tarixini əks etdirir. Belə mövzulardan biri “Atəşgah” mətnidir. Mətndə diyarımızda olan qədim məbəd haqqında məlumat verilir. Mövzuların daha yaxşı mənimsənilməsi məqsədilə 3A sinfini Suraxanıda yerləşən “ Atəşgah” muzeyinə  aparmaq qərarına gəldim. Təyin olunan gün yüksək əhval-ruhiyyə ilə muzeyə yola düşdük. 

Atəşgah muzeyindən sonra isə xalqımızın qədim tarixini əks etdirən Qala Etnoqrafiya muzeyinə yollandıq. Burada uşaqlar qədim məişət əşyaları, sənət əsərləri və bir çox yeni məlumatlarla tanış oldular. Ekskursiyamız uğurlu oldu.






















воскресенье, 9 апреля 2023 г.

Yol nişanlarını öyrənirik

 Həyat bilgisi dərsində “ Yol nişanları” mövzusunun tədrisi zamanı 3A sinif şagirdlərinin təqdimatı oldu. Uşaqlar yol nişanlarını öz əlləri düzəldib, onların hər biri haqqında məlumat verdilər. 

Yol hərəkəti qaydalarını bilmək üçün yol nişanlarını tanımaq zəruridir.

Yol nişanlarının təqdimatı