"Qiymətlərin" səhnəciyi
İştirak edir:
Qiymətlər - "5", "4", "3", "2" rəqəmləri tutmuş və ya plakatları sinəsindən asılmış şagirdlər və
"Əlaçı" plakatı olan şagird
Səhnəyə "5" rəqəmi tutmuş şagird daxil olur və deyir:
- Ən əla qiymətəm mən,
Möhkəm, dəqiq biliyə
Ən doğru qiymətəm mən.
Çalışqan uşaqlara
Dövlətəm, zinətəm mən!
"4" rəqəmi tutmuş şagird birinci şagirdin yanına gəlib deyir:
- Yaxşıların yaxşısı
"Yaxşı" qiymət mənəm, mən!
Bir az da çalışaram,
"Əla" qiymət olaram.
Beşlərlə yaxın dostam,
Sözdə doğru-dürüstəm!
"3" rəqəmi tutmuş şagird gəlib "4"-ün yanında durur və deyir:
- Sevirəm tənbəlləri,
Əl çəkmərəm onlardan!
Bütün "kafi" işləri
Tanıyıram yaxından.
Adımın düz önündə
Qeyri sözü yazsanız,
Mənim yaxın dostumu
Çagırmış olarsınız.
Dostum, tez ol, gəlsənə,
Danışıb, dillənsənə!
"2" rəqəmi tutmuş şagird utana-utana gəlir və deyir:
- Nə danışım, bilmirəm,
Nə söyləyim, bilmirəm,
Heç nə, heç nə bilmirəm...
Heç bilmək istəmirəm!
Odur, gəlir "Əlaçı",
Buralardan tez qaçım!
Bunu deyib arxaya çəkilir. Bu zaman "Əlaçı" yazısı tutmuş bir şagird səhnəyə daxil olur və deyir:
- Əməyi çox sevirəm mən,
Zəhmətdən çəkinməyirəm.
"3"-ü qiymət saymıram,
Onu heç vaxt almıram.
(Bu zaman "3" qiyməti çəkilib gedir "2"-nin yanına)
Sizə deyim, mən "4"ə
Yanaşıram hörmətlə.
(Bunu dedikdə əlini "4"-ün çiyninə qoyur. Sonra keçir "5"-in yanında durur və onun əlindən tutur.)
Ancaq bütün dərslərdən
"5" almağı sevirəm,
Gündəliyimdə ona
Üstünlüyü verirəm.
Odur ki, əlaçıyam,
Dəstəmizə başçıyam.
Hər sinfə fəxr olaram,
Belə şagird olmağı
Sizə də arzularam!
Sonra bütün iştirakçılar birlikdə mahnı oxuyurlar. Bu mahnının musiqisi "Biz mehriban ailəyik" ( karaokesi YouTube de var) mahnısının musiqisidir.
Mahnının sözləri:
I
İki qiymət almaram mən,
Üçü yaxın qoymaram mən,
Qiymətlərim yalnız beşdir!
Biz əlaçı şagirdlərik,
Biz əlaçı şagirdlərik,
Gəlin dostlar deyək-gülək
Hər gün dərsə hazır gələk,
Başımızı uca edək,
Beşlərimizlə fəxr edək!
II
Tənbəllik etmərəm heç vaxt,
Başım uca olar hər vaxt,
Şərəf lövhəsi yerimdir!
Biz əlaçı şagirdlərik,
Biz əlaçı şagirdlərik,
Gəlin dostlar deyək-gülək!
Hər gün dərsə hazır gələk,
Başımızı uca edək,
Beşlərimizlə fəxr edək!
30 aprel 2000-ci il
Dilşad Şeyxzadə