суббота, 2 апреля 2022 г.

2 Aprel Beynəlxalq Uşaq Kitabı Günüdür

 Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi Mərkəzi Kitabxanada "2 Aprel Beynəlxalq Uşaq Kitabı Günü" adlı tədbir təşkil etdi.

Tədbirdə Binəqədi rayon 102 saylı tam orta məktəbin 2 "a" sinif şagirdləri və sinif müəllimi Dilşad Şeyxzadə iştirak etdilər. 

Uşaq şöbəsinin müdiri Səidə Sərdarova kiçikyaşlı məktəbliləri Uşaq şöbəsi ilə yaxından tanış etdi. Məktəblilərə şöbədə yaradılan "2 Aprel Beynəlxalq Uşaq Kitabı Günü" başlıqlı sərgi və sərgidə yer alan maraqlı uşaq ədəbiyyatları haqqında məlumat verildi. Məktəblilərə  "2 Aprel Beynəlxalq Uşaq Kitabı Günü"nün tarixi haqqında ətraflı məlumat verildi. Qeyd edildi  ki, uşaq ədəbiyyatı gününün məhz bu tarixə təsadüf etməsi məşhur danimarkalı nağılçı Hans Kristian Andersenin 1805-ci il aprelin 2-də  anadan olması ilə bağlıdır. Beynəlxalq Uşaq Kitabı Gününün bu tarixdə qeyd olunmasını alman yazıçısı Yella Lepman təklif edib. Bu əlamətdar günün qeyd olunmasında məqsəd cəmiyyətin diqqətini uşaq ədəbiyyatına onun problemlərinə cəlb etməkdir. 

Tədbirdə məktəblilər müxtəlif müəlliflərin kitablar haqqında yazılan  "Özümüz oxuyarıq", "Dostum", "Küsən kitab", "Kitab", " Qız və kitab", "Şəkilli kitab" şeirlərini və sinif müəllimi D.Şeyxzadənin yazdığı "Kitablar" adlı şeiri söylədilər. Tədbirdə balaca məktəblilərin çəkdikləri kitab rəsmləri və hazırladıqları əlfəcinlər nümayiş olundu. Məktəblilərin  kitab haqqında oxuduqları mahnı tədbirə xüsusi gözəllik qatdı. 

Tədbirin sonunda məktəblilər Uşaq şöbəsinin məktəbli oxucu qrupuna üzv yazıldılar. 

Tədbirin məqsədi məktəbli oxuculara "2 Aprel Beynəlxalq Uşaq Kitabı Günü" haqqında məlumat vermək və rəngarəng uşaq ədəbiyyatları ilə tanış etmək oldu.

“Kitablarla dostam mən”



























вторник, 22 марта 2022 г.

“Novruz bayramı” gif animasiyalarım

Gif animasiyalar yaratmaq mənim ən sevdiyim məşğələdir. Bu cür hərəkətli şəkilləri yaratmaq üçün əvvəlcə Paint-də rəsmi çəkirəm. Sonra proqram vasitəsilə həmin rəsmlərdən gif yaradıram  Bu gif animasiyaları 2014-cü ildə yaratmışdım. Üstündən klikləməklə kompüterinizə və ya telefonunuza yükləyə bilərsiniz. Pp və ya  activinspire  təqdimatlarında uğurla tətbiq edə bilərsiniz.







воскресенье, 20 марта 2022 г.

Novruz 2022 yurdumuza xoş gəlib!

 Novruz gəlir, yaz gəlir,

Bir əlində saz gəlir,

Bir əlində xonçası,

Açıb gülün qönçəsi.

Bülbülə avaz gəlib, 

Novruz gəlib, yaz gəlib.

Bakı şəhəri 102 nömrəli məktəbin 2A sinfinin Novruz bayramı şənliyi çox şən keçdi. Uşaqlar rəqs etdilər, Kosa-kosa oyunu keçirdilər, yumurta döyüşdürdülər, Hakışta dedilər, yallı getdilər və Novruza, bahara aid şeirlər sözlədilər. 

Əziz uşaqlar! Novruz bayramınız mübarək! Hər zaman sevinin, gülün!












вторник, 22 февраля 2022 г.

21 Fevral - Beynəlxalq Ana Dili Günüdür



 Fevralın 21-i 2A sinif şagirdləri ilə Beynəlxalq Ana Dili Gününü qeyd etdik. Bu günün yaranma tarixi, onun mahiyyəti və əhəmiyyəti haqqında şagirdlərimə məlumat verdim. Sonra 2A sinif şagirdləri bu tədbiri davam etdilər. Mövzu üzrə məruzə etdilər, şeirlər söylədilər. Tədbirin sonunda Emin Sabitoğlunun Kərkük bayatıları əsasında yazdığı “ Şirin dil” mahnısını ifa etdik.