среда, 14 июня 2023 г.

Mənim əziz məzunlarım




Budur, 14 iyun 2023-cü il, “Son zəng” günü gəldi. Mənim əziz şagirdlərim məktəblə vidalaşırlar. Artıq onların həyatında yeni bir səhifə açılır. 11A sinfinin ibtidai sinif müəllimi olaraq uşaqları təbrik edir və deyirəm:

-Əziz 11A məzunları! Bu gün sizin həyatınızda ən xoşbəxt və sevincli  bir gündür. Doğrudur, siz müəllimlərinizlə, doğma məktəblə vidalaşırsınız. Siz yeni bir həyata qədəm qoyursunuz. Qarşınızda yeni perspektivlər, imkanlar açılır. Siz bir daha doğma 102-yə bir şagird kimi qayıtmayacaqsınız. Amma onu bilin ki, siz həmişə bizim qəlbimizdə, ürəyimizdəsiniz. Məktəbimizin də qapıları hər zaman sizin üzünüzə açıq olacaqdır. 

Sizin ilk müəlliminiz kimi bütün uğurlarınıza sevinir, sizinlə hər zaman fəxr edirəm. Əminəm ki, hansı peşə sahibi olmağınızdan asılı olmayaraq, ilk növbədə yaxşı insan, Vətənimizə layiq övladlar olacaqsınız. Uğur daim sizinlə olsun!









 













Комментариев нет:

Отправить комментарий