02 oktyabr 2023-cü il. 102 nömrəli məktəbin 0”a” məktəbəhazırlıq qrupu məşğələlərə başladı. Uşaqlar məktəbin həyətində sıra ilə düzlənib məktəbə daxil oldular. Onlar çox həyəcanlı idilər. İlk dəfə məktəbə qədəm qoyan balacaların sevincinin həddi-hüdudu yox idi. Beşyaşlılarımı yeni təmirdən çıxmış səliqəli sinfimiz və maraqlı hədiyyələr gözləyirdi. İlk məşğələdə bir-birimizlə tanış olduq. Uşaqlara məktəb haqqında, məktəbdə davranış qaydaları haqqında qısa məlumat verdim. Sonra isə onlara hədiyyələrimi payladım. Bu, məktəb kitabxanasının verdiyi yeni dərslik-iş dəftəri və uşaqların hər biri üçün aldığım bloknot və rəngli qələm idi. Uşaqları sevindirdiyim üçün çox xoşbəxt idim.
Dərslikləri və hədiyyələrimi payladıqdan sonra uşaqlarla Vətənimizlə, bayrağımızla əlaqədar söhbət apardım, məlumat verdim. Bayraq şəklini rəngləməyi təklif etdim. Uşaqlar həvəslə işlədilər.
Комментариев нет:
Отправить комментарий