вторник, 7 ноября 2023 г.

İlk dərsimiz Zəfər Günü🇦🇿

 07 noyabr 2023-cü il tarixdə 102 nömrəli məktəbin 4A sinfinin ilk dərsi Zəfər Gününə həsr olundu. Uşaqların Zəfər Günü mövzusunda  təqdimatları dinlənildi. Təqdimatlardan sonra 4A sinif şagirdi Hacı Səidin ssenarisi əsasında qoyulmuş kiçik tamaşanın təqdimatı oldu. Qeyd edim ki, Səid bu tamaşanın nəinki ssenari müəllifi, həm də rejissoru idi. Tamaşada iştirak edəcək uşaqları, onların   geyimlərini, dekorasiya və hər bir səhnəni xırda detallarına qədər özü düşünüb həyata keçirdi. Hətta uşaqlarla məşqləri də təşkil etdi. Baxmayaraq ki, az müddətdə (4-5günə) və yalnız tənəffüslərdə məşq edilmişdi, səhnəcik çox yaxşı alındı. Uşaqlar öz rollarını bacarıqla ifa etdilər. 













Комментариев нет:

Отправить комментарий