пятница, 26 января 2024 г.

“Bayraqlar” mövzusunda divar qəzeti



 4”a” sinfinin şagirdləri növbəti divar qəzetinin buraxılışına hazırlaşırdılar. Uşaqlar bilirdilər ki, sonda 3 nominasiya üzrə qaliblər seçiləcək. 

Sinif yenidən qruplara bölündü: Xəzər, Günəş və Çinar. Hər qrup öz redaktorunu, rəssam-dizayneri, korrektoru,  müxbirləri seçdi. Müxbirlər tapşırıqlarını alıb tədqiqat  işinə  başladılar. Mövzu “ Bayraqlar” idi. Müxtəlif ölkələrin bayraqları, onların tarixi, şəkilləri və digər məlumatların toplanması tədqiqat işi idi. Növbəti gün müxbirlər öz məlumatlarını redaktora təhvil verdilər. Redaktor öz köməkçisi ilə  məlumatlara baxış keçirib uyğun olanları seçdi. Dizayner şəkillərlə məşğul oldu. Növbəti gün qruplar qəzetin “ nəşrinə” başladılar. Korrektorlar buraxılmış səhvləri düzəltdilər. Rəssamlar dizaynerlərlə məsləhətləşib qəzeti “ bəzədilər”. Redaktorlar bütün işlərə nəzarət edirdi. Bu mərhələdə əməkdaşlıq etmək ən vacib şərtlərdən biridir.

Nəhayət, hər qrup öz qəzetini hazırlayıb bitirdi. Təqdimat və qəzetə baxış keçirildi. Hər qəzetin özünəməxsusluğu qeyd olundu. 3 nominasiya üzrə qaliblər seçildi:

Ən maraqlı kontekst - “ Çinar” qəzeti

Ən fərqli dizayn - “ Günəş” qəzeti

Ən uyğun rubrik seçimi - “Xəzər” qəzeti

Qalibləri təbrik edirik! Afərin, uşaqlar!









Комментариев нет:

Отправить комментарий