суббота, 15 октября 2016 г.

Ədəd evləri. Oyun-trenajor

9-un tərkibi          Ədəd kartlarını çəkib boş xanalara qoyun. Uğurlar!



Ədədlərin tərkiblərini təkrar edirik

Məktəbəqədər hazırlıq və birinci sinif üçün iş vərəqləri.Həyat bilgisi, təsviri incəsənət






Mənbə: http://vscolu.ru/korablik_archive/korablik_archiv.html

Məktəbəqədər hazırlıq və birinci sinif şagirdləri üçün iş vərəqləri.Azərbaycan dili






Mənbə: http://vscolu.ru/korablik_archive/korablik_archiv.html

Məktəbəqədər hazırlıq və birinci sinif şagirdləri üçün iş vərəqləri. Riyaziyyat.









Mənbə: http://vscolu.ru/korablik_archive/korablik_archiv.html

вторник, 31 мая 2016 г.

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Uşaqların Beynəlxalq Müdafiəsi Günü (ing. International Children's Day) - 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb [1]. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
Bu bayramla yanaşı BMT -nin Baş Assambleyası tərəfindən 20 noyabr tarixində Ümumdünya Uşaqlar Günü də qeyd olunur. "Ümumdünya Uşaqlar Günü" 1954-cü ildə BMT -nin Baş Assambleyasının №836 (IX) saylı qətnaməsində 1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyyə olunan bayram kimi qeyd olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-cil tarixli sərəncam imzalamışdır. Sərəncama görə 2009-cu il "Uşaq ili" elan olunmuşdur.

понедельник, 30 мая 2016 г.

QlobalLab layihəsi

QlobalLab - bu çox maraqlı layihədir



 Mən bu gün qoşuldum. Hələ ki, ödənişsiz. Sonrasına baxarıq. Ən maraqlısı isə odur ki, uşaqlar da qoşula bilər və layihənin nəşri haqqında şəhadətnamə, iştirakçı sertifikatı və ən nəhayət MÜKAFAT !



Mənim layihəm

İrəli sürdüyüm tədqiqat sualı: " Təlim məqsədinə çatmaq üçün oyun-trnajorlardan necə istifadə edirsiniz?"

среда, 30 марта 2016 г.

31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür. Unutmuruq!

Mart soyqırımı 


 — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də ŞamaxıQubaXaçmazLənkəranHacıqabulSəlyanZəngəzurQarabağ,Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş[1][2][3], on minlərlə insan itkin düşmüşdür. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Azərbaycan prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

суббота, 26 марта 2016 г.

İlin fəsilləri

"Meyvə və tərəvəz"



Bitkinin hissələrini öyrənək.

100 dairəsində toplama və çıxma

Saatı öyrənək!


воскресенье, 20 марта 2016 г.

Novruz bayramınız mübarək!


Novruz bayramı - milli mənəvi dəyərlərin əbədiyaşarlıq rəmzidir
Milli yaddaşımızın bayramı

Bəşəriyyətin ən qədim şənliklərindən, mərasimlərindən biri də məhz Novruz bayramıdır. Xalqımızın bu günə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü, müqəddəsləşdirdiyi bu bayram özündə dünyanın yaranma və yaşam sirlərindən tutmuş, gələcəyə, xoşbəxtliyə, bolluğa ümidini əks etdirir.
  
   Novruz yeni gün, yeni həyat mənasını daşımaqla həm də azərbaycanlıların yeni ilidir. Çünki məhz Novruzda həyat yenidən canlanır, torpaq qış yuxusundan oyanır, bitkilər baş qaldırır, ağaclar çiçəklənir, günəş istisi artır, gecə ilə gündüz bərabərləşir və beləliklə də yeni həyat başlayır. 
2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir.
                      Bayramınız mübarək!

суббота, 19 марта 2016 г.

" Altun Piramida" oxucu müsabiqəsi

           
  “Altun Kitab”  nəşriyyatı 15 yaşa qədər uşaqların mütaliə vərdişini inkişaf etdirmək üşün Facebook sosial  media şəbəkəsində müsabiqə elan edib. Qeyd edək ki, Azərbaycanda ilk dəfədir ki, şagirdlər üçün bu miqyasda və belə geniş həvəsləndirici mükafat fondu olan (noutbuk, 5 planşet, 200 kitab) müsabiqə təşkil olunur.
               Layihəyə  valideynlərin, şagirdlərin, müəllimlərin kifayət qədər marağı var və iştirak etmək üçün qeydiyyatdan keçənlərin sayı durmadan artır. Bir məqsəd də Facebook məkanını şagirdlər üçün intellektuallaşdırmaq,  sosial şəbəkədən öz intellekt səviyyəsini və yaxşı mənada sosial aktivliyini artırmaq məqsədi ilə istifadə edilməsinə nail olmaqdır.
İştirakçılar bu layihə çərçivəsində bir il ərzində 35-40 kitab oxuyacaq. Bu, Azərbaycan və dünya ədəbiyyatının ən gözəl nümunələri və faydalı elmi-kütləvi kitablardır.,

             Müsabiqə 2016-cı ilin fevral ayının sonunda başlayıb və ilin sonunadək davam edəcək.