пятница, 26 января 2024 г.

“Bayraqlar” mövzusunda divar qəzeti



 4”a” sinfinin şagirdləri növbəti divar qəzetinin buraxılışına hazırlaşırdılar. Uşaqlar bilirdilər ki, sonda 3 nominasiya üzrə qaliblər seçiləcək. 

Sinif yenidən qruplara bölündü: Xəzər, Günəş və Çinar. Hər qrup öz redaktorunu, rəssam-dizayneri, korrektoru,  müxbirləri seçdi. Müxbirlər tapşırıqlarını alıb tədqiqat  işinə  başladılar. Mövzu “ Bayraqlar” idi. Müxtəlif ölkələrin bayraqları, onların tarixi, şəkilləri və digər məlumatların toplanması tədqiqat işi idi. Növbəti gün müxbirlər öz məlumatlarını redaktora təhvil verdilər. Redaktor öz köməkçisi ilə  məlumatlara baxış keçirib uyğun olanları seçdi. Dizayner şəkillərlə məşğul oldu. Növbəti gün qruplar qəzetin “ nəşrinə” başladılar. Korrektorlar buraxılmış səhvləri düzəltdilər. Rəssamlar dizaynerlərlə məsləhətləşib qəzeti “ bəzədilər”. Redaktorlar bütün işlərə nəzarət edirdi. Bu mərhələdə əməkdaşlıq etmək ən vacib şərtlərdən biridir.

Nəhayət, hər qrup öz qəzetini hazırlayıb bitirdi. Təqdimat və qəzetə baxış keçirildi. Hər qəzetin özünəməxsusluğu qeyd olundu. 3 nominasiya üzrə qaliblər seçildi:

Ən maraqlı kontekst - “ Çinar” qəzeti

Ən fərqli dizayn - “ Günəş” qəzeti

Ən uyğun rubrik seçimi - “Xəzər” qəzeti

Qalibləri təbrik edirik! Afərin, uşaqlar!









пятница, 19 января 2024 г.

Qürurla yad edirik

 1990-cı ilin 20 Yanvar faciəsi xalqımızın qan yaddaşı, azadlıq mübarizlərinin vəhşicəsinə susdurulma cəhdi olsa da, həmin günü qürurla yad edirik. Çünki xalqın azadlıq ruhunu qıra bilməyənlər üzərində qələbənin təməli məhz həmin gün qoyuldu. 20 Yanvar şəhidlərinin əziz xatirəsi hər zaman qürurla yad edilir. Bu gün, 19 fevral 2024-cü il, 102 nömrəli məktəbin 4A sinif şagirdləri 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr edilmiş “ Şəhidlər unudulmur…” mövzusunda dərsdə fəal iştirak etdilər. Şeirlər söylədilər, məruzə ilə çıxış etdilər, rəsmlərini təqdim etdilər. 

       Allah şəhidlərimizə rəhmət etsin!



















воскресенье, 7 января 2024 г.

“Sözü tap” oyunu

 Oyun həm məktəbəhazırlıq, həm də birinci sinif şagirdləri üçün  nəzərdə   tutulmuşdur. Qalib gəlmək üçün cədvəldə gizlənmiş sözü tapmaq lazımdır. Uğurlar!

https://wordwall.net/ru/resource/66305623



Wordwall oyunları “ Anaqram”

 https://wordwall.net/ru/resource/66302990

Bu oyunu  məktəbəhazırlıq və birinci sinif üçün hazırladım.Oyunun şərti ondan ibarətdir ki, pərakəndə şəkildə  olan hərfləri ardıcıllıqla düzüb söz alınsın. Daha sürətli və səhvsiz yerinə yetirən oyunun lideri olur. Uğurlar!