воскресенье, 14 июня 2020 г.

пятница, 12 июня 2020 г.

Əlvida, 4-cü sinif.

Bu da son. Onlayn dərslərimiz bitdi və mən öz sevimli dördüncülərimlə vidalaşıram. Bu ayrılıq anı hər birimizə təsir edir. Şagirdlərimdən göz yaşlarımı gizlətmək üçün tələsik sağollaşıram. Amma qrup  yazışmaları davam edir və mən daha da kövrəlirəm. Valideynlərin xoş sözləri, şagirdlərimin hiss və həyəcanları mənə çox təsir edir. Xüsusən də pandemiya zamanı karantinə görə  4-cü sinfi bitirmək münasibətilə şənlik də keçirə bilməyəcəyimizi düşünəndə, daha pis təsir edir. Amma bu sıxıntını  təkcə bizim yox, bütün dünyamız keçirir. Ümid edirik ki, bu dövr tez bir zamanda keçib gedəcək və biz yenidən görüşəcəyik. Mən yenidən öz 4-cülərimə dərs deyə bilməsəm də, biz hər zaman bir-birimizi məktəb daxilində görəcəyik.
Əziz dördüncülər! Mənim sevimli şagirdlərim! Siz hansı sinifdə oxumağınızdan asılı olmayaraq, hər zaman mənim şagirdlərim olaraq qalacaqsınız. Məktəbi bitirib müstəqil həyata qədəm qoyduqda da, bilin, mən hər zaman sizinləyəm. Sizin uğurlarınız mənim uğurlarımdır! Sizinlə hər zaman fəxr etmək arzusu ilə sizdən ayrılıram. Uğurlar, 4-cü “a” !

































вторник, 9 июня 2020 г.

Bu gün Dostluq Günüdür!

Dostluq - insanlar arasında mövcud olan ən ülvi və saf əlaqədir. İnsanlar yarandığı vaxtdan dostluq da  mövcuddur. İnsan hər zaman ünsiyyətə ehtiyac duyduğu kimi dostluğa da ehtiyac duyur. Amma dostluğu hər adam da bacarmır. Bu bacarıq insanda illərlə formalaşır. Xudpəsənd insanlar heç vaxt dost ola bilməzlər. Bu, yalnız genişürəkli, qayğıkeş insanlara məxsus bir bacarıqdır. Dostluğa aid çox atalar sözləri var. “ Dost dosta tən gərək, tən olmasa gen gərək” atalar sözü dostluğun məğzini çox gözəl və sadə şəkildə ifadə edir.
Əziz dostlar! Bu gün sizin gününüzdür. Dostlarınızı təbrik edin. Əgər siz əsl dostlarsınızsa, çalışın onları heç vaxt incitməyəsiniz, qəlbini qırmayasınız. Çünki əsl dost nadir bir incidir.

4”a” sinif şagirdi Xədicə Hüseynin təbrik açıqcası



среда, 3 июня 2020 г.

Onlayn dərslərimiz davam edir

Covid-19 pandemiyası ilə əlaqədar karantin dövründə 102 nömrəli məktəbin 4”a” sinif şagirdləri ilə distant dərslərimiz martın 13-dən başlayıb və apreldən onlayn dərslərlə  bu günə qədər davam edir. Uşaqlar bu dövrdə evdə qalsalar da, təhsildən bir gün belə qalmayıblar. Virtual məktəbdə verdiyim testlərin nəticələri göstərir ki, 4”a” sinfi təhsildən geri qalmayıb. Afərin, uşaqlar!