четверг, 29 декабря 2022 г.

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür

 Həmrəylik Günü münasibətilə 102 nömrəli məktəbin 3A sinif şagirdləri ilə  şənlik keçirdik. Həm də qarşıdan Yeni 2023-cü il gəlir. 

Uşaqlar Azərbaycanı, qələbəmizi, vətənə sevgini tərənnüm edən şeir və mahnılar ifa etdilər. Yeni ildə həyata keçirmək istədikləri arzularını dilə gətirib, qışa, qara, Şaxta babaya aid gözəl şeirlər söylədilər, mahnı oxudular. 

Növbəti mərhələ rəsm müsabiqəsi idi.Uşaqlar çəkdikləri maraqlı rəsmləri nümayiş etdirdilər. 

Sonra isə oğlanlar Şaxta baba rəqsini ifa etdilər. Bu çox məzəli rəqs idi. 

Qızlar isə Qar dənəcikləri rəqsi ilə çıxış etdilər. Zərif hərəkət edən qızlar əsl qar dənəciklərinə bənzəyirdilər. 

Növbə tapmacalara çatanda hamı fəallaşdı. Bugünkü tapmacaların hamısı Yeni ilə, qar adamına, şaxtaya və buza aid idi.

Şənliyimizin  sonunda Şaxta baba gəlib uşaqları yeni il münasibətilə təbrik etdi və hədiyyələr gətirdi. 3A sinif şagirdlərinin rəngarəng şənliyi sona çatdı. 

 - Əziz şagirdlərim, Yeni iliniz mübarək!


“Qar dənəciklərinin” rəqsi













































среда, 28 декабря 2022 г.

Şagirdlərimin yaradıcılığı


Bu gün şagirdlərimdən  bir neçəsi məni yaxşı mənada təəccübləndirdi. Sən demə, bu uşaqların şeir və hekayə yazmağa marağı var imiş. Bu, əlbəttə, məni sevindirir. Uşaqların yaradıcılığa meyli onların təfəkkürünün inkişafında irəliləyişin olması deməkdir. Düşündüm ki, bu işdə ilk olaraq onlara motivasiya vermək, dəstək olmaq lazımdır. Bu məqsədlə kiçik təqdimat təşkil etdim. Uşaqlar öz şeirlərini təqdim etdilər. Daha sonra müzakirəyə başladıq. Şagirdlərim anladılar ki, şeirdə qafiyə, məntiqi ardıcıllıq, mövzuya uyğunluq və s. gözlənilməlidir. Ən əsası isə bu işə həvəs və marağın olmasıdır.









суббота, 17 декабря 2022 г.

İTV-də “7 Şüşə”


 Hər şənbə İTV kanalında uşaqlar üçün “7 şüşə” verilişini balacalar maraqla izləyirlər. Bu verilişdə onlar özlərinin  də çıxış edəcəklərini eşidəndə çox sevindilər. 

Dekabrın 17-si “7 şüşə verilişində 102 nömrəli məktəbin 3A sinif şagirdləri iştirak etdilər. Buna görə İTV kanalının əməkdaşlarına və sevimli direktorumuz Mailə İsmayılovaya təşəkkür edirik.


“7şüşə” verilişi