четверг, 19 января 2023 г.

İlk dərsimiz “20 Yanvar şəhidləri”dir

 20 Yanvar faciəsindən 33 il ötür…3A sinif şagirdlərinin ilk dərsi 20 Yanvar şəhidlərinə həsr olundu. Uşaqlara bu hadisələr haqqında məlumat verdikdən sonra siniflə birgə müzakirə etdik. Şagirdlərimə hadisələrin əsl mahiyyətini çatdırmaq idi məqsədim. Onlar anladılar ki, 20 Yanvar xalqımızın Hüzn günü olmaqla yanaşı, həm də qürurverici günüdür. Xalqımızın birliyinin, əzminin nümunəsidir. Bu gün azadlıq, müstəqillik rəmzidir.

Uşaqlar öz təsəvvürlərinə əsasən 20 Yanvar faciəsini çəkdikləri rəsmlərdə təsvir etmişdilər. Bu rəsmlərdən sinif guşəsində sərgi təşkil etdik.

Şagirdlərimin hər biri öyrəndikləri şeirləri təqdim etdilər. Dərsin sonunda gətirdikləri gül dəstələrini məktəbin foyesindəki guşəyə 

















понедельник, 16 января 2023 г.

Ayın qalibləri

 İZƏ nəşriyyatının yeni aylıq testlərini işləyən 3A sinfinin şagirdlərindən bir çoxu uğur qazandı. Yeni tədris ilini yeni Təltifnamələrlə başladıq. Ayın qaliblərini təbrik edir və bu uğurların davamlı olmasını onlara arzu edirik!💐