среда, 14 июня 2023 г.

Təşəkkürnamə


 Bu gün məzunlar üçün “ Son zəng” tədbiri keçirildi. Bu gün ibtidai sinifdə dərs dediyim 11A sinfi məzun oldu. Bu tədbirdə həm də məktəbimizin fəal müəllimlərinin və 11-ci sinif şagirdlərinin uğurları qeyd olundu. Onların arasında mənim də uğurlarım qeyd olundu. 102 nömrəli məktəbin direktoru Mailə xanım İsmayılova mənim fəaliyyətimi dəyərləndirərək Təşəkkürnamə ilə təltif etdi. 

Çox sağ olun, dəyərli Mailə xanım!









Mənim əziz məzunlarım




Budur, 14 iyun 2023-cü il, “Son zəng” günü gəldi. Mənim əziz şagirdlərim məktəblə vidalaşırlar. Artıq onların həyatında yeni bir səhifə açılır. 11A sinfinin ibtidai sinif müəllimi olaraq uşaqları təbrik edir və deyirəm:

-Əziz 11A məzunları! Bu gün sizin həyatınızda ən xoşbəxt və sevincli  bir gündür. Doğrudur, siz müəllimlərinizlə, doğma məktəblə vidalaşırsınız. Siz yeni bir həyata qədəm qoyursunuz. Qarşınızda yeni perspektivlər, imkanlar açılır. Siz bir daha doğma 102-yə bir şagird kimi qayıtmayacaqsınız. Amma onu bilin ki, siz həmişə bizim qəlbimizdə, ürəyimizdəsiniz. Məktəbimizin də qapıları hər zaman sizin üzünüzə açıq olacaqdır. 

Sizin ilk müəlliminiz kimi bütün uğurlarınıza sevinir, sizinlə hər zaman fəxr edirəm. Əminəm ki, hansı peşə sahibi olmağınızdan asılı olmayaraq, ilk növbədə yaxşı insan, Vətənimizə layiq övladlar olacaqsınız. Uğur daim sizinlə olsun!









 













воскресенье, 11 июня 2023 г.

Diplomla təltif olundular


M.X.Axundzadə adına 102 nömrəli tam orta məktəbdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə silsilə tədbirlər və müsabiqələr keçirilmişdir. Mənim fəal 3A sinif şagirdlərim də fəaliyyətlərinə görə təltif olundular. Təbriklər!