пятница, 18 октября 2019 г.

Dövlət Müstəqilliyi Günü

18 Oktyabr Dövlət Müstəqilliyi Günüdür. 4-cü “a” sinif şagirdləri hər il olduğu kimi bu il də möhtəşəm bayram gününü təntənəli şəkildə qetd etdilər. Uşaqlar əvvəlcə Binəqədi rayon mərkəzləşdirilmiş sistem tərəfindən təşkil olunmuş tədbirdə iştirak etdilər. Fəal iştiraka görə Binəqədi  Rayon MKS tərəfindən Təşəkkürnamə ilə təltif olundular.
Daha sonra 4-cülər məktəbin akt zalında təşkil olunmuş tədbirdə iştirak etdilər. Azərbaycana, Müstəqillik Gününə həsr olunmuş kompozisiyalarla çıxış etdilər. Tədbirin sonunda isə “Şən Azərbaycan” mahnısı xorla ifa olundu.



















среда, 16 октября 2019 г.

Beşyaşlılarımın ilk uğurları

Artıq üçüncü həftədir ki, məktəbəhazırlıq qruplarının məşğələləri davam edir. Beşlaşlılar həvəslə məktəbə gəlirlər. Onlar üçün hər bir məşğələ yeni bir uğurdur. Artıq üç hərfi tanıyır, onları çap yazısı ilə yazırlar. Ona qədər saya da bilirlər.