пятница, 24 ноября 2023 г.

Məktəbəhazırlıq: Mövzu-“Daxili orqanlarımız”

 Beşyaşlıların məşğələləri günbəgün maraqlı olur. Ona görə ki, uşaqlar məktəb şəraitinə adaptasiya olunub, sinfə, kollektivə uyğunlaşmış, bir sözlə sosiallaşmışlar. Hətta bir-biri ilə dostlaşmışlar. Bu da təlim mühitinə öz müsbət təsirini göstərmişdir. Təhsil idarəsi tərəfindən verilən rəngarəng əyani vəsaitlər isə dərs prosesiniçox maraqlı etmişdir. Belə dərslərimizdən biri “Duyğu orqanları” mövzusudur. Uşaqlar əyani şəkildə daxili orqanın yerini tapır və adlandırır. Bu bir oyun formasında tədris edildiyi üçün azyaşlılar heç də yorulmurlar. Əksinə, daha çox iştirak etməyə həvəs göstərirlər. 









четверг, 23 ноября 2023 г.

Tanınmış uşaq yazıçısı ilə görüş

 Bu gün Binəqədi rayonu MKS-də növbəti dəfə müəlliflə görüş  təşkil olundu. Bu görüşə tanınmış yazıçı, şairə Sevinc Nuruqızı dəvət olunmuşdu. Görüşdə 102 nömrəli məktəbin 4”a” sinif şagirdləri də iştirak edirdi.

Sevinc Nuruqızının yaradıcılığı ilə 1-ci sinifdən tanış olan uşaqlar bu görüşə böyük həvəslə hazırlaşmışdılar. Müəllifin Azərbaycan dili dərsliklərində geniş yer almış əsərlərini şagirdlərim maraqla oxuyublar.  Bu əsərlər dostluq, qayğıkeşlik, vətənpərvərliyi tərənnüm edir, gənc nəsildə əsl insana xas olan xüsusiyyətləri inkişaf etdirir. Yazıçının “ Melissa” adlı povestindəki  eyniadlı əsər qəhrəmanı isə uşaqların sevimli qəhrəmanı olmuşdur.  Bu povestin və digər hekayələrin mətni  üzrə sinifdə maraqlı diskussiyalarımız da olub. Bu gün isə yazıçının bir neçə əsərinin annotasiyası üç dildə təqdim olundu. Bir hekayəni müxtəlif tormalarda (rollar üzrə, nəqletmə, ifadəli oxu) təqdim edən şagirdlərim yazıçının rəğbətini qazandılar. Yazıçı Sevinc Nuruqızı 4”a”-nın şagirdlərinə öz kitablarını hədiyyə edib imzalayacağını  söz verdi. Uşaqların oxuduqları kitablara çəkdikləri illüstrasiyalar  da maraqlı idi. Tədbirin sonunda xatirə şəkilləri çəkildi. 

Bu maraqlı görüşün təşkilində zəhmət çəkən hər bir kəsə təşəkkür edirik. Kitabxananın çalışqan əməkdaşlarından Aygün xanıma, Səidə xanıma  hər zaman bizim məktəblə əlaqə saxlayıb maarifləndirmə işləri apardıqlarına görə minnətdarıq. Sevimli yazıçımız Sevinc Nuruqızına da öz yaradıcılığında uğurlar arzulayırıq. Bizi tez-tez yeni kitablarla sevindirsin!




























воскресенье, 12 ноября 2023 г.

ÇİNAR ONLAYN SINAQ İMTAHANI nəticələrimiz


 Respublika üzrə şagirdlər üçün ödənişsiz olaraq "ÇİNAR ONLAYN SINAQ İMTAHANI" başladı. 102 nömrəli məktəbin 4”a” sinif şagirdləri də qeydiyyatdan keçib, bu imtahanda uğurla iştirak etdilər.

➡️ www.cinarsinaq.az 

➡️ https://t.me/CinarYayimlari

Bu da bizim nəticələrimiz. Təbriklər, 4A! 

Təşəkkürlər, Çinar Yayımları nəşriyyatı!