суббота, 18 декабря 2021 г.

2A sinfində debat

102 nömrəli tam orta məktəbin  2A sinif şagirdləri ilə Azərbaycan dili dərsində debat təşkil etdim. Mövzu “ Zoopark” idi. Zooparkın heyvanlar üçün uyğun olub- olmaması sualı ilə sinfə müraciət etdim. Fikir ayrılığına görə sinif iki yerə ayrıldı: zooparkı uyğun hesab edənlər və etməyənlər. Debatın şərtlərini qısa olaraq anlatdım. Şagirdlərimə  öz fikirlərini faktlarla arqumentləşdirilməsinin vacibliyini başa saldım. Uşaqlar şərtlərə əməl edərək debatda həvəslə iştirak etdilər. Debatda iştirak etmək istəməyən bir neçə şagird uşaqların fəaliyyətini yalnız izləməklə məşğul oldular. Ümid edirəm ki, gələcək debat dərslərimizdə bu uşaqlar da öz fikirlərini deməkdən çəkinməyəcəklər. Beləliklə, mənə nə aydın oldu? Aydın oldu ki, ikincilər fakt və münasibətlər anlayışını yaxşı mənimsəmişlər. Düşündüklərini ifadə etməkdə heç də çətinlik çəkmirlər. Öz fikrini  sübut etməyə yetərincə fakt düşünüb tapır və arqumentləşdirilər. 

 Nəhayət, bir konsensusa gəldik ki, vəhşi heyvanları izləmək üçün heç də onları qəfəsə salmağa lüzum yoxdur. Onları təbii şəraitdə də izləmək olar. Milli parklar yaradılmalı və orada xüsusi volyerlər qurulmalıdır ki, vəhşi heyvanları izləyən insanlar üçün təhlükəsizlik səddi olsun. Bu, həm heyvanlar, həm də onları izləyən insanlar üçün əlverişli olar.







воскресенье, 26 сентября 2021 г.

27 Sentyabr Anım Günüdür

 Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.

Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuş, yüz nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur. 

Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə 2020-ci il dekabrın 4-də saat 12:00-da ölkə ərazisində bir dəqiqəlik sükut elan edilmişdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!


Mənbə: http://www.copat.gov.az/news/27-sentyabr-anim-gunudur













среда, 22 сентября 2021 г.

Salam, məktəb!

 Sentyabrı səbirsizliklə gözləyirdik. Hamı məktəblərin nə vaxt açılacağı xəbərini gözləyirdi. Budur, elan edildi ki, dərslər sentyabrın 15-i deyil, 22-si başlayacaq. Özü də həftənin 5 günü əyani olaraq. Uşaqların sevincinin həddi-hüdudu yox idi! 

İlk dərs gününün mövzusu da elan edildi: “ Qarabağ Azərbaycandır!”

Yeni dərs iliniz mübarək! Uğurlar!