суббота, 28 марта 2020 г.

Məktəbəhazırlıq səviyyəsinin müəyyən edilməsi üçün test

Bu test 5-6 yaşlı uşağın məktəbə hazırlığını müəyyən edir. Əlbəttə ki, tək bir testlə bu yaşda uşağın bütün bacarıqlarını üzə çıxarmaq mümkün deyil. Bunun üçün əlavə tapşırıqlar da  verilməlidir. Amma müəyyən dərəcədə təfəkkürünün, riyazi bacarıqlarının səviyyəsini öyrənmək olar. Uşaq sınaq testindən müəllimin və ya valideynin köməyi ilə keçə bilər. Uğurlar!

Testin linki burada

четверг, 26 марта 2020 г.

Azərbaycan dili 4-cü siniflər üçün sınaq testi

Azərbaycan dili fənni üzrə 4-cü siniflər üçün sınaq testini  keçilənlərin möhkəmləndirilməsi və təkrarı məqsədilə tərtib etdim. Sınaq testi 20 sualdan ibarətdir. Nəticələr ballar üzrə hesablanır.


 TESTİN LİNKİ BURADA




среда, 25 марта 2020 г.

Azərbaycan dili 4-cü siniflər üçün test

Test sualları 4-cü sinif "Azərbaycan dili " -  tədris dili dərsliyinin metodiki vəsaitindən 5-ci və 6-cı bölmələri üzrə tərtib olunmuşdur. Test həm təkraredici, ümumiləşdirici, həm də yeni mövzuları əhatə edir. Uğurlar!

Testin linki




вторник, 24 марта 2020 г.

Məktəbəhazırlıq və birincilər üçün maraqlı resruslar olan İnfo-ko

portal.edu.az-dakı İnfo-ko proqramında məktəbəhazırlıq qrupları üçün maraqlı oyunlar, testlər var. Bu proqramı kompüterə də yükləmək olur. Dərslərimdə həmişə uğurla istifadə etmişəm.





1-ci və 2-ci siniflər üçün maraqlı test

Bu testi 7 il əvvəl tərtib etmişdim. Bu saytda ilk dəfə olduğuna görə cəmi 5 sual tərtib etmişdim. Primitiv də olsa uşaqlar üçün maraqlıdır. Davamı da olacaq. 😊

Testin linki



4-cü siniflər üçün "Riyaziyyat" fənni üzrə sınaq testi


Dəyərli izləyicilər!
Ölkə ərazisində xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq mən də bir çox müəllimlər kimi distant təhsilə başlamışam. Müəllimlərə, valideynlərə və uşaqlara kömək məqsədilə  bu gündən bloqumda sınaq testlərini yerləşdirəcəyəm. Testləri "Riyaziyyat" dərsliyi və metodiki vəsait üzrə verilmiş test və tapşırıqlar əsasında tərtib etmişəm. Hamıya can sağlığı və uğurlar!

Testin linki