пятница, 31 января 2020 г.

Məktəbəhazırlıq məşğələləri üçün yeni tapşırıqlar

Hörmətli həmkarlar, eləcə də valideynlər, uşaqlar və digər izləyicilər. Sizin üçün yeni tapşırıqlar hazırladım. Tapşırıqları rus dilindən tərcümə etmişəm. Mənbə budur http://roditeli.club/razvitie-rebenka/300-razvivayushhix-uprazhnenij-4-5-let-pdf/
Buyurun, istifadə edin. Uğurlar!
P.S. Şəkilləri yükləyə bilərsiniz. İstifadə edərkən və paylaşarkən mənbəni göstərməyiniz xahiş olunur.














пятница, 17 января 2020 г.

20 Yanvar şəhidlərinin 30-cu ildönümünə həsr olunmuş tədbir

17 yanvar 2020-ci il tarixində Bakı şəhəri Binəqədi rayonu mərkəzləşdirilmiş kitabxana sisteminin baş kitabxanasında 20 Yanvar şəhidlərinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirə 102 nömrəli məktəbin 4-cü “a” sinif şagirdləri də dəvət olunmuşdu. Uşaqlar 20 Yanvar şəhidlərinə həsr etdiyim şeirlərdən ibarət kompozisiya ilə çıxış etdilər. Tədbirin sonunda uşaqlar yazdıqları inşaları və çəkdikləri rəsmləri təqdim etdilər.
Dəvətə görə Binəqədi rayon MKS-nin  direktoru Rəna Biləndərliyə,  kitabxananın əməkdaşlarına, xüsusən də Səidə Sərdarovaya təşəkkür edirik.